• $
  • €
  • ₽
  • ₺
  • £

Pentaqon Rusiyanın Türkiyəyə qarşı “İŞİD ittihamları”nı rədd edir

Pentaqon Rusiyanın Türkiyəyə qarşı “İŞİD ittihamları”nı rədd edir
03.12.2015 18:42
Pentaqonun sözçüsü Türkiyənin guya Suriyadakı İŞİD-lə neft alış-verişində olduğu barədə Moskvanın "dəlillərini” rədd edib.

Bundan bir gün əvvəl Pentaqonun rəhbəri – ABŞ müdafiə naziri Ashton Carter Konqres qarşısında çıxış edərkən Türkiyənin "İŞİD-ə qarşı kifayət qədər səylə döyüşmədiyini” bildirmişdi.

Müdafiə naziri həmçinin Türkiyənin hava zərbələrinin daha çox kürd PKK təşkilatını hədəflədiyini dilə gətirmişdi.

"Gəlin bu məsələni aydınlaşdıraq: Biz türklərin hər hansı bir şəkildə İŞİD-lə birgə işlədiyi barədə bütün iddiaları qətiyyətlə rədd edirik, - deyib İŞİD-ə qarşı ABŞ koalisiyasının sözçüsü polkovnik Steve Warren, - Bu, absurd və bir növ axmaq iddiadır.”

Warren Rusiya Müdafiə Nazirliyinin bundan əvvəl Türkiyə və prezident Erdoğanın İŞİD-lə neft alış-verişində olduğu barədə təqdim etdiyi "dəlilləri” – peyk fotolarını və xəritələri rədd edib.

"Türklər İŞİD-ə qarşı döyüşdə həmişə bizim böyük tərəfdaşımız olublar. Onlar bizim təyyarələrimizin yerləşdirilməsi üçün baza veriblər, özləri də İŞİD üzərinə hava zərbələrini davam etdirirlər və mötədil Suriya müxalifətini dəstəkləyirlər” – deyib polkovnik.

Dövlət Departamenti: Köhnə söhbətdir…

Az sonra ABŞ Dövlət Departamenti də buna bənzər bəyanatla çıxış edib.

Dövlət Departamentinin sözçüsü Rusiyanın sənədli dəlillərini rədd etdiyini bildirib, hərçənd deyib ki, bu sənədləri hələ görməyib.

Türkiyənin İŞİD-lə neft alış-verişinə dair iddialar barədə danışarkən Toner deyib ki, İŞİD birbaşa neft qaçaqmalçılığından deyil, qaçaqmalçılardan qopardığı töycünün hesabına mənfəət götürür.

O həmçinin bildirib ki, neft qaçaqmalçılığı barədə söhbətlər artıq "on ildir ki” davam edir.

Rusiyanın hökumətə yaxın mediası Pentaqonun bəyanatına şübhə ilə yanaşır.

Moskva mediası bildirir ki, ABŞ İŞİD-in neftdən gəlir götürdüyünü bilsə də, onların nəzarətində olan neft infrastrukturuna noyabr ayınadək zərbə endirməyib. /Azadliq.org


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol