• $
  • €
  • ₽
  • ₺
  • £

Almaniya Səudiyyəni vəhabiləri maliyyələşdirməməyə çağırdı

Almaniya Səudiyyəni vəhabiləri maliyyələşdirməməyə çağırdı
07.12.2015 13:35
Almaniyanın vise-kansleri Sigmar Gabriel Səudiyyə Ərəbistanını dini radikallara maliyyə dəstəyini dayandırmağa çağırıb.

Şərhçilər bildirirlər ki, Berlin "davakar məscidlərin” neft nəhəngi Səudiyyə tərəfindən maliyyələşdirilməsindən narahatdır.

Reuters agentliyi yazır ki, bundan bir qədər əvvəl Almaniya kəşfiyyatının Səudiyyə Ərəbistanı haqqında hesabatında bu ölkənin xarici siyasətinin getdikcə daha çox "impulsiv” olmasından narahatlıq ifadə olunmuşdu.

O vaxt Almaniya hökuməti BND kəşfiyyat agentliyini "mühüm biznes partnyoru” barədə belə mülahizələr yürütdüyünə görə danlamışdı.

Lakin indi Ər-Riyad kansler Angela Merkel-in müavini tərəfindən tənqid olunub.

"Biz Səudiyyə Ərəbistanından regional münaqişələrin çözülməsini gözləyirik – deyib Gabriel "Bild am Sonntag” qəzetinə müsahibəsində, - Lakin göz yummaq vaxtı keçmişdə qalıb. Bütün dünya boyunca vəhabi məscidləri Səudiyyə Ərəbistanı tərəfindən maliyyələşdirlir. Almaniyada bir çox təhlükəli islamçılar bu icmadan çıxır”.

Səudiyyə danır

Təhlilçilər bildirirlər ki, Səudiyyə Ərəbistanın rəsmi dini İslamın ifrat mühafizəkar Vəhabilik təriqətidir və başqa ölkələr bu təriqəti beynəlxalq cihadçılığın qaynağı kimi görürlər.

Səudiyyə Ərəbistanının Berlindəki səfirliyinin cavab bəyantında deyilir ki, "krallıq gənclər arasında radikallaşma ilə mübarizədə maraqlıdır”.

Bəyanatda həmçinin Səudiyyə Ərəbistanın qaçqın məsələsində Almaniyaya kömək kimi 200 məscid tikməyə hazır olduğu barədə bəyanatın həqiqət olmadığı vurğulanıb”.

"Almaniya kimi, bizdə İslam Dövləti təşkilatına qarşı koalisiyanın üzvüyük və terrorla çiyin-çiyinə vuruşuruq”.

Almaniya mətbuatı yazır ki, Səudiyyə ölkə daxilində cihadçılıqla mübarizə aparır və onların maliyyə kanallarını kəsir. Lakin bəzi təhlilçilər ölkə daxilindəki cihadçıların hökumət üçün təhlükə təşkil etdiyindən təqib olunduğunu deyirlər.

Almaniyada sələfiləri

Almaniya ölkədə Sələfiliyə dəstəyin artmasından narahatdır. BND bildirir ki, Almaniyadakı sələfilərin sayı son iki ildə 5500-dən 7900-ə çatıb.

Vise-kanslerin partiyadaşı, sosial-demokrat Thomas Oppermann da Səudiyyəni tənqid atəşinə tutub. O deyib ki, vəhabilik İslam Dövləti adlanan qruplaşma üçün ideologiya rolunu oynayır.

"Bizim burda bu təriqətə ehtiyacımız yoxdur və onu istəmirik” – deyib vəzifəli sosialist həftəlik "Welt am Sonntag” məcmuəsinə.

Almaniya Fransanın müraciətindən sonra özünün kəşfiyyat təyyarələrini, keşikçi gəmisini və 1200 əsgərini Suriyada İslam Dövləti adlanan təşkilatla döyüşə qatılmağa göndərib.

Almaniya Müsəlmanları Mərkəzi Şurası bəyan edib ki, hərbi əməliyyatlar qiyamın qarşısını ala bilməz.

"Biz müharibə toxumları səpmişik, terror və qaçqın problemini biçirik” – deyib şuranın sədri Aiman Mazyek "Neue Osnabruecker Zeitung” qəzetinə. /Azadliq.org

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol