• $
  • €
  • ₽
  • ₺
  • £

Qazaxıstan təngəsi tarixi minimumu yeniləyib

Qazaxıstan təngəsi tarixi minimumu yeniləyib
14.12.2015 12:06
Qazaxıstanın milli valyutası olan təngənin məzənnəsi tarixi minimumu yeniləyib.
 
"APA-Economics" RİA "Novosti"yə istinadən xəbər verir ki, Qazaxıstan Fond Birjasında bu gün səhər keçirilən sessiyada təngənin 1 ABŞ dollarına qarşı orta məzənnəsi 322,47 təngə təşkil edib. Bu, dekabrın 11-də keçirilən səhər sessiyası ilə müqayisədə 10,55 təngə azdır.
 
Beləliklə, Qazaxıstanın milli valyutası 9 noyabrda qeydə alınan tarixi minimumu yeniləyib. Həmin vaxt təngənin 1 ABŞ dollarına qarşı məzənnəsi 312,65 təngəyə bərabər olub.
 
Bu gün ABŞ-ın milli valyutası ilə əməliyyatların həcmi 166,1 mln. dollar olub. Dekabrın 11-də isə bu göstərici 138,2 mln. dollara bərabər olub.
 
Xatırladaq ki, avqustda Qazaxıstan Mərkəzi Bankı və hökumət valyuta dəhlizindən imtina edib və milli valyutanın üzən məzənnə siyasəti əsasında tənzimlənməsi barədə qərar verib. Bu qərardan sonra indiyə qədər təngəni dollara qarşı məzənnəsi 65%-dən çox ucuzlaşıb.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol