• $
  • €
  • ₽
  • ₺
  • £

Səfir: "Bakı-Tiflis-Qars geosiyasi və geoiqtisadi mənzərəni dəyişdirəcək"

Səfir: "Bakı-Tiflis-Qars geosiyasi və geoiqtisadi mənzərəni dəyişdirəcək"
14.12.2015 12:30

 Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin Axalkələkdən Qarsa qədər olan hissəsinin tikintisi başa çatdıqdan sonra yüklər başqa qatarlara yüklənmədən Çindən Türkiyəyə, eləcə də Avropanın digər yerlərinə daşınacaq.
 
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Türkiyənin Gürcüstandakı səfiri Ləvənt Gümrükçü deyib.
 
Səfir qeyd edib ki, bu yüklər limanlara aparılmadan 7 gün müddətinə Türkiyəyə çatdırılacaq: "Bu layihənin həyata keçirilməsi ilə Azərbaycan, Gürcüstan və Türkiyə Avropa və Asiya arasında körpü rolunu oynayacaq. Çindən gələn yük qatarı həftədə bir dəfə mart ayınadək Koreya mallarını gətirəcək və mart ayından sonra həftədə iki dəfə yük daşınacaq. Gələn il Bakı-Tbilisi-Qarsın yekunlaşmaq üzrə olan hissəsini tamamladıqdan sonra daha çox ticarət etmək imkanına sahib olacağıq. Bu, geosiyasi və geoiqtisadi mənzərəni dəyişdirəcək bir addımdır".
 
Diplomat əlavə edib ki, Bakı-Tbilisi-Qars layihəsinin icrası ləngiyir: "Bəli, Türkiyə tərəfdə dəmir yolunun tikintisi ləngiyir. Bunu qəbul etmək lazımdır. Təəssüf ki, Türkiyə tərəfdə tikintidə çalışan şirkətlər arasında hüquqi bir anlaşılmazlıq olub və tikinti 6-7 ay ləngiyib. Lakin son həftələrdə bu hüquqi anlaşılmazlıq çözülüb və tikintidə aparılan işlər təkrar bütün gücü ilə həyata keçirilir. İndi yeni hökumət qurulub və yeni hökumətin üzvləri bu layihənin tez bir müddətə başa çatdırılması qərarına gəliblər. Əminəm ki, gələn ilin sonunadək layihənin tikintisini sona çatdıracağıq və qatarın işə düşməsinə nail olacağıq".

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol