• $
  • €
  • ₽
  • ₺
  • £

​Türkiyə XİN başçısı: "Səbrimizi sınamağa ehtiyac yoxdur"

​Türkiyə XİN başçısı: "Səbrimizi sınamağa ehtiyac yoxdur"
14.12.2015 16:34
Mövlud Çavuşoğlu: Türkiyə NATO-ya daxil olan yeganə dövlətdir ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalara qoşulmayıb

"Bizim səbrimizi sınamağa ehtiyac yoxdur. Rusiya ilə münasibətlərin bərpasını vacib sayırıq".

"Report" "Corriere della Sera"ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ötən gün Egey dənizində Rusiyaya məxsus gəminin Türkiyənin balıqçı gəmisini atəşə tutmasına münasibət bildirərkən deyib.

"Şübhəsiz, Türkiyə və Rusiya etibarlı münasibəti bərpa etməlidir. Rusiya tərəfindən irəli sürülən ittihamlar qəbuledilməz olsa da, biz Moskva ilə danışıqları davam etdiririk. Türkiyə NATO-nun yeganə üzvüdür ki, Ukraynaya yönəlik fəaliyyətinə görə Rusiyaya qarşı tətbiq edilən sanksiyalara qoşulmayıb. Bu, Rusiyadan qorxmağımızla əlaqədar deyil. Biz dövlətlərimizi bağlayan dostluq münasibətlərinə üstünlük veririk. Terrorçu İŞİD qruplaşması Türkiyə üçün təhlükədir. Hamı bilməlidir ki, biz İŞİD-i məhv etməsək, terrorçular bizi məhv edəcək. Türkiyə həmişə neft qaçaqmalçılığına qarşı mübarizə aparıb", - nazir vurğulayıb.

Qeyd edək ki, Mövlud Çavuşoğlu Romada Liviya üzrə beynəlxalq konfransda iştirak edib.

Xatırladaq ki, Rusiyaya məxsus "Smetlivıy" hərbi gəmisi Egey dənizində Türkiyə balıqçı gəmisinə atəş açıb.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol