• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan donanması Xəzərdə Rusiyaya qarşı

Azərbaycan donanması Xəzərdə Rusiyaya qarşı
16.12.2015 11:27
Azərbaycan və Qazaxıstan Rusiyadan asılılığa son qoymağa çalışacaqlar.

Proqnoz:


- Azərbaycan və Qazaxstan kimi ölkələr əsas hərbi qüvvə təminatçıları olan Rusiyadan asılı olmadan hərbi donanmalarını təkmilləşdirdikcə Xəzər dənizinin təhlükəsizlik arxitekturası dəyişəcək.

- Hərbi donanmaları tam təkmilləşməmiş bu ölkələr hələ ki Rusiyaya qarşı çıxa bilməsələr də, neft və təbii qaz üzrə maraqlarını qoruya biləcəklər.

- Xəzər dənizi ilə sərhəddə yerləşən ölkələr xarici müdaxilədən yayınmaq məqsədilə stabilliyi qorumaq üçün əllərindən gələni edəcəklər.

Təhlil

Dünyanın ən böyük axmaz gölü olan Xəzərin təhlükəsizlik arxitekturası yaxın zamanda dəyişə bilər. Xəzər dənizi ilə sərhəddə yerləşən dövlətlər – Rusiya, İran, Azərbaycan, Türkmənistan və Qazaxıstan – arasında ən güclü hərbi donanma Rusiyaya məxsusdur və Xəzər sularında hərbi fəaliyyət çox vaxt Rusiyanın gücünü əks etdirir. Rusiya burda Moskvada istehsal olunan vasitələrin istifadə edildiyi hərbi təlim və əməliyyatların, demək olar, hamısında iştirak edir.

Ancaq bu vəziyyət dəyişə bilər. Azərbaycan və Qazaxıstan Rusiyadan asılı olmadan öz donanma imkanlarını artırmaqda qətiyyətli görünürlər. Noyabrın 4-ü ölkələr arasında 2016-cı ildə qüvvəyə minəcək ikitərəfli müdafiə əməkdaşlığı haqqında müqavilə imzalanıb. Birgə hərbi-dəniz təlimlərinin keçirilməsinin vurğulandığı müqavilə ilə Azərbaycan Qazaxıstanda keçirilən "KADEX" silah və hərbi texnika sərgisinə dəvət edilir.

Bu müqavilənin imzalanmasının səbəblərindən biri İranın icazəsi ilə Xəzər dənizindən Suriyaya qanadlı raketlər atan Rusiyanın Suriyaya müdaxiləsinin artmasıdır. Belə bir əməkdaşlığın təşkil etdiyi təhlükədən ehtiyatlı davranan Azərbaycan və Qazaxıstan Rusiyadan asılılığa son qoymağa çalışacaqlar.

 

Əsaslı Maraqlar

Azərbaycan və Qazaxıstanın Xəzər dənizində əsaslı maraqları var: Xəzər neft-qaz resursları ilə doludur. ABŞ-ın Enerji İnformasiya Administrasiyası Xəzər dənizi hövzəsində 48 milyard barrel neft, 8,2 trilyon kubmetr həcmində təbii qaz olduğunu bildirir. Eyni zamanda Rusiyanın əli olmadan Avropanı təbii qazla təmin edəcək Transxəzər qaz kəmərinin yolu da burdan keçir.(anspress)

 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol