• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ neft ixracına qadağanı ləğv etməyə hazırlaşır

ABŞ neft ixracına qadağanı ləğv etməyə hazırlaşır
16.12.2015 14:00
Sabah bununla bağlı Konqresdə səsvermə keçiriləcək

ABŞ Konqresi 1975-ci ildən ölkədə neft ixracına qoyulan qadağanın ləğvinə dair razılığa gəlib. "Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, Konqresin liderləri ölkənin 2016-cı maliyyə ili üçün büdcə xərclərinin təsdiqlənməsində ümumi razılıq əldə ediblər. Bu barədə agentliyə Nümayəndələr Palatasının spikeri Pol Rayan bildirib. 

Razılığa əsasən, dövlət aparatı xərclərinin 1,1 trln. dollar olması və neftin ixracına qoyulan qadağanın götürülməsi qərara alınıb. Bu barədə Viskonsin ştatından olan konqresmen Reyd Ribl xəbər verib. Qərarın sabah, dekabrın 17-də səsverməyə qoyulması planlaşdırılır. Qeyd edək ki, demokratlar, başda prezident Obama olmaqla qərarın əleyhinə olsalar da, respublikaçılar bu qərarın lehinə olub.

Texas ştatından Nümayəndələr Palatasının üzvü, senator Co Barton bildirib ki, daha keyfiyyətli texnologiya və neftə malik olan ABŞ neft bazarından Rusiya, Səudiyyə Ərəbistanı və İranı kənarlaşdırmağa müvəffəq olacaq. Qeyd edək ki, hazırda ABŞ-da gündəlik 9 mln. bareldən artıq neft hasil edilir. ABŞ-ın neft ehtiyatları isə 486 mln. barelə çatıb.

Məlumat açıqlandıqdan az sonra "Brent" markalı neftin qiyməti 0,3% azalaraq 38,25 dollar/barelə, WTI markalı neftin qiyməti isə 0,5% azalaraq 36,9 dollar/barelə düşüb.

Embarqonun götürülməsi ABŞ neft istehsalçılarına dünya bazarına çıxmaq və daha çox gəlir əldə edərək yatırımları artırmaq imkanı verəcək. Qərarın razılaşdırılması ilə Texas tipli WTI markalı neftin qiyməti "Brent"in qiymətinə daha da yaxınlaşıb. Hazırda hər iki neft markası arasındakı qiymət fərqi 1,3 dollara enib. Halbuki, ilin əvvəlində bu fərq 12 dollara qədər yüksəlmişdir.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol