• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya: “Su-24-ün Türkiyə hava məkanını pozmadığına dair əlimizdə sübutlar var"

Rusiya: “Su-24-ün Türkiyə hava məkanını pozmadığına dair əlimizdə sübutlar var"
18.12.2015 13:28
Rusiyaya məxsus Su-24 təyyarəsi Türkiyə hava məkanını pozmayıb. Bununla bağlı əlimizdə bütün lazım olan sübutlar var.
APA-nın məlumatına görə, bunu Rusiya Hərbi-Kosmik Qüvvələri komandanının müavini Sergey Dronov Moskvada keçirdiyi brifinqdə bəyan edib.
 
O bildirib ki, vurulan Su-24 təyyarəsi Türkiyə və onun vətəndaşları üçün heç bir təhlükə törətməyib. Dronov qeyd edib ki, Su-24 Türkiyə sərhədindən 5,5 kilometr aralıda vurulub: "Elə həmin gün Türkiyə rəhbərliyi Rusiya təyyarəsinin Türkiyə sərhədini pozduğunu bəyan edib. Biz bu gün də qeyd edirik ki, Rusiya təyyarəsi Türkiyə hava məkanını pozmayıb. Rusiyanın əlində Su-24-ün Türkiyə sərhədinin pozmadığına dair sübutlar var". 
 
 
Təyyarənin "qara qutu"sunun oxunmasına başlanıldığını deyən S. Dronovun sözlərinə görə,  prosesdə Çin və Britaniya mütəxəssisləri iştirak edəcək: ""Bu vaxtadək "qara qutu" üzərində heç bir iş aparılmayıb. "Qara qutu" təyyarənin düşdüyü yerdən götürüldüyü vəziyyətdə olduğu kimidir".  
 
Komandan müavini dekabrın 8-də Su-24 təyyarəsinin "qara qutusu"nun Rusiya tərəfinə təhvil verildiyini əlavə edib. "Rusiya prezidentinin tapşırığı əsasında "qara qutu"nun tədqiqatı beynəlxalq ictimaiyyət üçün açıq aparılacaq. Məhz buna görə də biz, 14 dövlətə, beynəlxalq ekspertlərə həmin tədqiqatda iştirak üçün müraciət etmişik".

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol