• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyada atom qəzası - FOTO

Rusiyada atom qəzası - FOTO
18.12.2015 22:22
Stansiya Rusiyanın şimal-qərbində ən böyük elektrik enerjisi istehsalçısıdır.

Leninqrad Atom Elektrik Stansiyasında (AES) qəza baş verib. 

ANS PRESS-in məlumatına görə, bu barədə atom elektrik stansiyasının direktoru Vladimir Perequda xəbər verib.

Onun sözlərinə görə, Leninqrad AES-in turbin sexinin bokslarından birində yaranmış buxara görə ikinci enerji blokunun işi dayandırılıb. "Reaktor bağlanıb. Həmçinin nüvə reaksiyası kəsilib, yalnız qalıq istilik ayırması gedir. Normal istismarın parametrlərindən sapma yoxdur", - deyə Perequda bıldirib.


Leninqrad AES

Hadisə yerli vaxtla saat 13:50-də olub. Rəsmi bəyanata əsasən, buxarın konsentrasiyası reaktorun dayandırılmasından sonra "əhəmiyyətli dərəcədə azalıb". Ancaq 40 kvadrat metrə qədər sahə tamamilə təcrid edilib. "Buxar sızması cüzi haldadır, onun lokallaşdırması gedir", - deyə atom elektrik stansiyasınında izah ediblər.



Hazırda Leninqrad Atom Elektrik Stansiyasının №1, 3 və 4 enerji blokunda iş davam edir. Orada yüklənmə 3,082 min MVt təşkil edir.Leninqrad Atom Elektrik Stansiyası Fin körfəzinin sahilində Sasnoviy Bor şəhərində yerləşir. Atom Elektrik Stansiyasında hər biri1 min MVt gücə malik RBMK tipli dörd enerji bloku var. Stansiya Rusiyanın şimal-qərbində elektrik enerjisinin ən böyük istehsalçılarından biridir.


Hadisə baş verən ərazi xəritədə

Qeyd edək ki, ən böyük və dəhşətli atom qəzası 1986-cı ildə Çernobıl Atom Elektrik Stansiyasında baş verib. 1986-cı ilin 26 aprelində baş verən qəza nəticəsində 7000-ə yaxın insan həlak olub, 25000 insan əlil olub. Bu faciədən sonra Çernobılda doğulan uşaqların 9 %-ində əlillik yaranır. Partlayışdan 30 il keçməsinə baxmayaraq, hələ də fəsadları nəinki Ukraynada, bir çox ölkələrdə qalmaqdadır. Çernobılda təhlükəsizlik tədbirləri zamanı 129 Azərbaycan vətəndaşı da iştirak edib.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol