• $
  • €
  • ₽
  • ₺
  • £

Neft ucuzlaşdıqca Rusiya batır

Neft ucuzlaşdıqca Rusiya batır
22.12.2015 10:47
Rusiya iflasa süründürülür. Sürətlə düşən neft qiymətləri Rusiya iqtisadiyyatında ağır günlərə səbəb oldu. 

Modern.az xarici mediaya istinadən bildirir ki, mütəxəssislərin fikrincə, 2016-cı il Rusiya üçün "iflas ili” ola bilər.

2014-cü il iyunun 1-də 111,8 dollardan satılan Brent nefti 6 ay içərisində dəyərinin 65 faizini itirib. 2015-ci ilin yanvar ayında 46 dollara qədər gerilədi. Dekabrın 4-də reallaşan OPEK-in  yığıncağından sonra isə yeni bir şok dalğası başladı və neftin qiymətində radikal bir geriləmə yaşandı. Bir həftə içində xam neft 12 faiz ucuzlaşmaqla 36,71 dollara, Brent markalı neft isə 20 faizə qədər ucuzlaşaraq 37,93 dollara düşdü. Bu gün səhər isə xam neft 34,4 dollar, Brent nefti 36,3 dollara qədər geriləyib.

Rusiya neft çıxarma xərcləri baxımından dünyadakı bənzərlərinə görə çox daha çətin vəziyyətdə.

"Al Cəzirə”nin xəbərinə görə, qiymətlərdəki bu radikal geriləmənin iqtisadçılar və bazar analitiklərinə görə dörd təməl səbəbi var. Birinci səbəb olaraq bazardakı neftin həcminin çox olduğu göstərilir. OPEK-in dekabrın 10-dakı hesabatına görə, 2015-ci ilin noyabrından bu günə qədər heç olmadığı qədər çox neft kəmərlərlə vurulub. Bazardakı neftin çoxluğu isə təbii olaraq qiymətlərin düşməsinə səbəb olur. İkinci səbəb, Çindəki iqtisadi inkişafın sürətinin azalması və bu istehsal nəhənginin yalnız neft və təbii qaz deyil, eyni zamanda əmtəə bazarlarında da geriləmələrə səbəb olmasıdır. Üçüncü və bəlkə də ən əhəmiyyətli səbəb isə ABŞ-ın İrana istiqamətli sanksiyaları ləğv etməsi ilə birlikdə bazara daxil olacaq gündəlik 3 milyon barel İran neftinin, hazırda çoxalması ləngiyib və Yaponiya kimi durğunluğa girən əhəmiyyətli Asiya iqtisadiyyatında bazar rəqabətinə mənfi təsir etmə ehtimalı ortaya çıxıb. Digər əhəmiyyətli səbəb isə FED-in faiz artırma proqramının inkişaf etməkdə olan ölkələr başda olmaq üzrə qlobal iqtisadiyyatda yaradacağı mənfi təsirdir.

Görəsən, neftin qiymətləri daha nə qədər düşəcək?

Rusiya kimi əhəmiyyətli qlobal aktyorlar üçün bu, tam mənası ilə bir milli təhlükəsizlik mövzusudur. Rusiyanın digər neft ixracatçısı ölkələrə görə müqavimət imkanı çox aşağıdır. Çünki Rusiya neft çıxarma xərcləri baxımından dünyadakı bənzərlərinə görə çox daha çətin vəziyyətdədir. Köhnəlmiş sovet texnologiyası və neft sənayesinin ehtiyac duyduğu mallar üzərindəki sanksiya qərarları, Rusiyanı hər bir barel üçün 18-20 dollarlıq bir xərcə məcbur edir. Səudiyyə Ərəbistanında isə səthə yaxın ehtiyatların üstünlüyü səbəbindən neft çıxarma xərcləri 6 dollar ətrafındadır. Bu isə Rusiya iqtisadiyyatı üzərindəki təzyiqi daha da dərinləşdirir.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol