• $
  • €
  • ₽
  • ₺
  • £

Qərb mediası: “Türkiyəni qarşıdan çətin il gözləyir”

Qərb mediası: “Türkiyəni qarşıdan çətin il gözləyir”
28.12.2015 17:57
Geridə qoyulacaq 2015-ci il Türkiyənin həyatında bir çox önəmli hadisələrlə yadda qaldı. Modern.az Almaniyanın "Tagesspiegel” jurnalına istinadən xəbər verir ki, jurnalistlər Türkiyənin qarşıdakı ildə bir çox sınaqlarla üzləşəyini yazıb: 

"2016-cı ilin rahat keçəcəyi ilə bağlı Türkiyə rəhbərliyi elə də böyük ümid bəsləmir. PKK, Suriya, Avropa Birliyi, Rusiya: ötən il Türkiyə üçün ragat deyildi, gələn il də çətin ki, yaxşı olsun”.

Müəllif Tomas Saybert Türkiyənin bir neçə istiqamətdə, o cümlədən daxili siyasətdə çətinliklərlə üzləşəcəyini gözləyir: 

"Çox güman ki, Türkiyə hakimiyyəti Rəcəb Tayyip Ərdoğanı tənqid edən jurnalistləri və digər hakimiyyət əleyhidarlarını təqib etməkdə davam edəcək. Dekabrda məlum oldu ki, "Bir gün” qəzetinin bir neçə əməkdaşı "Qatil və oğru Ərdoğan” məqaləsinə görə gözaltına alındılar”.

Jurnalist kürdlər və türklər arasındakı konfliktə də diqqət çəkir: "Suriya münaqişəsinə gəlincə, Türkiyə anlayır ki, Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriyada sünnü dövlətinin qurulmasına yardım və ölkənin şimalında yeni kürd dövlətinin yaradılmasına mane olmaq niyyəti aparıcı oyunçular tərəfindən anlayışla qarşılanmayacaq”.

Jurnalistin fikrincə, təkcə Rusiya və İran deyil, Ankaranın NATO-dakı müttəfiqləri də Türkiyənin maraqlarını tam qəbul etmək istəmir: 

"Məsələn, ABŞ İŞİD-lə mübarizədə Suriya kürdləri ilə əməkdaşlıq edir. Avropa Birliyi ilə münasibətlər də yaxşı deyil. Brüssel etiraf edib ki, avropalılar qaçıqn böhranından çıxmaq üçün Türkiyənin yardımına ehtiyac duyurlar. Amma Türkiyə Avropaya qaçqın axının azaldılması qarşılığında birliklə vizasız rejim və gələcəkdə üzvlük haqqı istəyir”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol