• $
  • €
  • ₽
  • ₺
  • £

​Çin yuanının 2016-cı ildə 5% devalvasiya olacağı proqnozlaşdırılır

​Çin yuanının 2016-cı ildə 5% devalvasiya olacağı proqnozlaşdırılır
30.12.2015 10:40
Çin milli valyutasının (yuan) nəzarətli devalvasiyası davam edir.

 Bu gün, dekabrın 30-da birja məzənnəsi 6,4912 CNY/USD-yə yüksəlib. Bu, 2011-ci ilin uyun ayından etibarən ən yüksək həddir. Qeyd edək ki, 2015-ci il ərzində yuan 4% devalvasiya olunub. Yuan daha çox devalvasiyaya uğraya bilərdi, lakin Çin Xalq Bankı (ÇXB, mərkəzi bank) ehtiyatlarının bir hissəsini sataraq buna imkan verməyib. 

"Report" xəbər verir ki, avqust ayında açıqlanan yeni monetar siyasətə əsasən, investorlar yuanın devalvasiyasının davam edəcəyini gözləyirlər. Forvard kontraktlar bazarına diqqət yetirdikdə, əksər investorların bir dəfəlik yüksək devalvasiya gözlədikləri müşahidə olunur.

Devalvasiya qərarının səbəbləri məlumdur: ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcəsini artırarkən, ÇXB iqtisadiyyatı dirçəltmək üçün faizləri aşağı salır. Həmçinin, ÇXB valyuta ehtiyatlarının hamısını xərcləmək istəmir. Qeyd edək ki, Çinin valyuta ehtiyatları 2015-ci il dekabrın 1-nə 3,43 trln. dollar təşkil edib. Çinin valyuta ehtiyatları bu ilin aprel ayında 4 trln. dollar olmaqla maksimal həddə çatıb. Yəni, son 8 ayda ehtiyatlar 14% azalıb. 

İnvestorlar birdəfəlik 10% devalvasiya gözləsələr də bu ehtimal bir qədər uzaq görünür. Çünki, 2016-cı ilin sentyabr ayında Çində Böyük 20-lik ölkələrinin (G-20) sammiti keçiriləcək.Çin bu sammit ərəfəsində milli valyutasını aqressiv devalvasiya edərək tərəfdaş ölkələrin iradlarına səbəb olmaq istəməz. İnvestorlar ÇXB-nin 2016-cı ildə yuanı tədricən və maksimum 5% devalvasiya edəcəyini proqnozlaşdırırlar. Yuanın kəskin zəiflədilməsi Çinə də sərf etmir. Çünki bu ölkənin xarici borclarının çoxu ABŞ dollarındadır. Lakin investorlar tədrici devalvasiyanın Çinin valyuta ehtiyatlarının əriməsinə səbəb olacağını istisna etmirlər. Onlar tədrici devalvasiya nəticəsində 2016-cı ilin ortalarına qədər valyuta ehtiyatlarının 3 trln. dollardan aşağı düşəcəyini bildirirlər. Bu da təşvişə səbəb ola və yuanın kəskin devalvasiyasını zəruriləşdirə bilər. 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol