• $
  • €
  • ₽
  • ₺
  • £

İnsanlar bir-birinin üçölçülü proyeksiyasını görə biləcək

İnsanlar bir-birinin üçölçülü proyeksiyasını görə biləcək
26.01.2016 21:12
 "Microsoft” korporasiyasının tədqiqat bölməsi "Room2Room” videorabitə texnologiyasının təkmilləşdirilməsi üsulunu hazırlayır. 

Texnologiyanın əsasını həmsöhbətlərin ev interyerində təsvir edilən həqiqi simalarının üçölçülü proyeksiyasını görməsi təşkil edir.
 
"ICTnews” Elektron Xəbər Xidməti "lenta.ru” resursuna istinadən yazır ki, insanın skan edilməsində və proyeksiyanın təsvirində "Microsoft”un əvvəlki eksperimentinə cəlb edilən "Room Alive” proyektorları və "Kinect” kameraları iştirak edir. Mütəxəssislərin sözlərinə görə, texnologiya təsviri insanın ona hansı bucaqdan və məsafədən baxmasından asılı olaraq düzgün nümayiş etdirməyə, eləcə də proyeksiyanı stul və digər mebel əşyalarına "əyləşdirməyə” imkan verir.
 
Texnologiyanın sınaqları yeddi cüt könüllünün iştirakı ilə keçirilib. Onlara bloklardan üçölçülü obyektlər toplamaq tapşırığı verilib. Cütlərdən bir nəfər blokların yerləşdiyi otaqda olub, digəri isə qonşu otaqdan hansı əşyaları toplamağın lazım olması ilə bağlı göstərişlər verib.
 
Nəticələrə görə, sınaqda iştirak edənlər ünsiyyət üçün "Skype” servisindən istifadə edən zaman tapşırığın yerinə yetirilməsinə 9 dəqiqə sərf ediblər. "Room2Room” texnologiyasından istifadə edəndə isə bu göstərici 7 dəqiqəyədək azalıb. Cütlüklərə üzbəüz duraraq tapşırığı həll etmək tapşırılanda, onlar bunu 4 dəqiqəyə yerinə yetiriblər.
 
"Microsoft” nümayəndələri bildiriblər ki, texnologiya kommersiya istifadəsi üçün hələ ki hazır deyil.
 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol