• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya müftisi çoxarvadlılığa çağırır

Rusiya müftisi çoxarvadlılığa çağırır
28.01.2016 20:38

"Bu şəraitdə bir çox qız subay qalır"

"İnterfaks"ın verdiyi xəbərə görə, Stavropol diyarının müftisi Muxammad Raximov hesab edir ki, çoxarvadlılıq Rusiyanın demoqrafik problemlərdən qurtulmasına kömək edə bilər.

"Bu, İslamdan gəlir. Mən razıyam, bu, demoqrafik problemləri həll edə bilərdi," -  deyə o bildirib.

Raximovun sözlərinə görə, Rusiya, o cümlədən Şimali Qafqaz üçün "cinsi disbalans" məsələsi aktualdır. Bu şəraitdə bir çox qız subay qalır. Din xadimi xatırladıb ki, müsəlmanların dördə qədər arvad almasına icazə verilir. Ancaq çoxarvadlılıq yalnız kişinin fiziki və maliyyə sabitliyi, habelə onun birinci arvadının razılığı olarsa mümkündür.

Rusiyada çoxarvadlılığın qanuniləşdirilməsi barədə müzakirələr 2015-ci ilin mayında, Qroznı Nikah Sarayı əməkdaşlarının yüksək rütbəli DİN rəsmisi Najud Quçiqovun 17 yaşlı Luiza Qoylabiyeva ilə nikahını qeydiyyata almasından sonra başlayıb. Çeçenistan liderinin administrasiyasının rəhbəri Maqomed Daudov da müvafiq təşəbbüslə çıxış etmişdi. Ancaq Kreml əvvəlcə bu barədə danışmaqdan imtina etmiş, daha sonra Rusiyada çoxarvadlılığın qanunvericilik qaydasında qadağan olunduğunu xatırlatmışdı. /Azadliq.org

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol