• $
  • €
  • ₽
  • ₺
  • £

BMT: Culian Assanjın həbsi qanunsuzdur

BMT: Culian Assanjın həbsi qanunsuzdur
29.05.2020 09:37
İsveç və Böyük Britaniya hökuməti Culian Assanjakompensasiya ödəməlidir

BMT-nin İşçi Qrupu "Wikileaks"in qurucusu Culian Assanjın azadlıqdan məhrum edilməsinin qanunsuz olduğunu açıqlayıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu BMT-nin C.Assanjın məsələsini müzakirə edən İşçi Qrupu bildirib.

Qərarda o da vurğulanıb ki, İsveç qanunsuz olaraq axtarışa verdiyinə, Böyük Britaniya hökuməti isə C.Assanjı həbs edərək rəsmi Stokholma ekstradisiya etmək istəməsinə görə "Wikileaks"in qurucusu kompensasiya ödəməlidir. 

Yeri gəlmişkən, BMT-nin bu qərarı tövsiyyə xarakteri daşıyır.
Qeyd edək ki, C.Assanj BMT-yə məktub ünvanlamışdı. O bildirmişdi ki, şikayətini araşdıran BMT-nin İşçi Qrupu onun əleyhinə qərar çıxaracağı təqdirdə polisə təslim olacaq.

BMT-nin İşçi Qrupunun qərarından öncə "Wikileaks" qurucusu adından yayılan bəyanatda deyilirdi: " BMT Böyük Britaniya və İsveçə qarşı qaldırdığım işi uduzduğumu açıqlasa, cümə günü günorta səfirlikdən çıxıb, Britaniya polisinə təslim olacağam. Çünki bundan sonra şikayət etməyin perspektivi də olmayacaq. 

Amma mən qazansam və dövlətin qanunsuz hərəkət etdiyi təsdiqini tapsa, dərhal pasportumun geri verilməsini və məni saxlamaq cəhdlərinə son qoyulmasını gözləyəcəyəm".

Xatırladaq ki, C.Assanj 2012-ci ilin iyunundan Ekvadorun Böyük Britanniyadakı səfirliyinə sığınıb.

Britaniya polisi isə bildirib ki, Ekvador səfirliyindən çıxacağı halda onu həbs edəcəklər.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Угроза взрыва на борту самолета Wizz Air
Dünya 18:20
Угроза взрыва на борту самолета Wizz Air
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol