• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ-dan Rusiyaya xəbərdarlıq: “Dərhal dayandırın!”

ABŞ-dan Rusiyaya xəbərdarlıq: “Dərhal dayandırın!”
06.02.2016 12:49
Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Con Kerri Suriya mülki əhalini kütləvi şəkildə bombardıman edən Rusiya hərbi aviasiyasının və Əsəd rejiminin dərhal dayanmasını tələb edib. 

ANS PRESS-in məlumatına görə, Kerri Kolumbiyanın prezidenti Xuan Manuel Santos ilə Dövlət Departamentində keçirdiyi mətbuat konfransında Suriyada baş verən son hadisələri şərh edib. Con Kerri bildirib ki, Rusiya hazırda özünün də BMT-də dəstəklədiyi qərarı pozur. 

"Hazırda nə Rusiya, nə Əsəd, nə də Əsədə dəstək verənlər BMT Təhlükəsizlik Şurasının 2254 saylı qərarına uyğun hərəkət etmirlər. Hansı ki, qərar şurada səs verməyə çıxarılanda Rusiya da ona səs verib.” 

Con Kerri bildirib ki, həmin qərar mülki əhaliyə qarşı ağır silahlarla və bombardımançı təyyarələrlə hücumların dayandırılmasını nəzərdə tutur. 

"Bu bir həqiqətdir ki, Rusiya, mənim "kor bomba” kimi təsvir etdiyim bombalardan istifadə edir. Bu bombaların müəyyən bir hədəfi olmur və nəticədə çox sayda qadın və uşaqların olduğu mülki əhali ölür.” 

Bəzi hallarda yaralıları xilas edən həkimlərin də vurulduğunu deyən dövlət katibi bunun dayandırılmalı olduğunu vurğulayıb: "Bəzən bir yer bombardıman edildikdən sonra bu yerə xilasedicilər gedir və qırıcılar geri qayıdaraq onları da öldürür. Bu kimi hallara son verilməlidir.” 

Kerri həmçinin bildirib ki, mövzudan qaçmaq və məsələyə müdaxilə etməmək problemin həlli yolu deyildir. 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol