• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni virus “Skype” istifadəçilərinin danışıqlarını yazır

Yeni virus “Skype” istifadəçilərinin danışıqlarını yazır
11.02.2016 19:52
"Palo Alto Networks" şirkətinin mütəxəssisləri tərəfindən verilmiş məlumata əsasən, "T9000" adlı yeni virus "Skype" istifadəçilərin şəxsi məlumatlarını və yazışmalarına müdaxilə edir.

"ICTnews" Elektron Xəbər Xidməti "gazeta.ru" saytına istinadən yazır ki, "Kaspersky", "Norton", "AVG" kimi ən populyar antivirus proqramları bu zərərli proqram təminatını aşkar etmir.

"Sözügedən virusun ilkin funksiyası istifadəçi barəsində məlumat toplamaqdan ibarətdir. Proqram video görüntülü danışıq zamanı mütəmadi olaraq istifadəçinin şəkillərini çəkib yadda saxlayır, həmçinin istifadəçilərin danışığını yazır", – "Palo Alto"nun  mütəxəssisi deyib.

Virusun modullarından biri "Skype"dan məlumatların toplanılmasına yönəlib və işə salınma anında «explorer.exe wants to use Skype» mesajını göstərərək istifadəçidən onun izlənilməsinə razılıq verməyi məcbur edir. Razılıq verildikdə sözügedən virus yazışmanı, həmçinin səs yazılarını və video görüntülü danışığı yazır.
 
"Rich Text Format" ("RTF") formatında olan faylların işə salınması nəticəsində kompüter virusa yoluxur. Bundan sonra troyan virusu çoxpilləli quraşdırma prosesinə başlayır ki, hər addımda antivirus proqramının mövcudluğunu yoxlayır.

"Skype" rəsmisi bildirib ki, hazırda yeni virus və onun potensial zərəri haqda araşdırma aparılır.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol