Ankarada ölənlər arasında azərbaycanlı var?
![Ankarada ölənlər arasında azərbaycanlı var? Ankarada ölənlər arasında azərbaycanlı var?](https://anews.az/photo/850x500/2016-02/1455779579_2.jpg)
Xəbər verdiyimiz kimi, fevralın 17-də Türkiyənin paytaxtı Ankara şəhərinin mərkəzində törədilən terror aktı nəticəsində həlak olanların sayı 28 nəfərə çatıb, 61 nəfər isə xəsarət alıb.
Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov Azərtac-a bildirib ki, törədilmiş terror aktı nəticəsində ölən və xəsarət alanlar içərisində həmvətənlərimizin olması barədə hələlik məlumat yoxdur.
Araşdırmaların davam etdirilməsi məqsədilə səfirlikdə operativ qrup fəaliyyət göstərir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər