• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyadan təcili iclas tələbi: Türkiyə ordusu Suriyaya girir

Rusiyadan təcili iclas tələbi: Türkiyə ordusu Suriyaya girir
19.02.2016 22:45
BMT TŞ-nin iclası bu gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Rusiya Türkiyənin Suriyanın şimalına ordu yeritmək planları ilə BMT Təhlükəsizlik Şurasının növbədənkənar toplantısını çağırıb.

ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova açıqlama verib.

Onun sözlərinə görə, Suriya-Türkiyə sərhədində vəziyyətin gərginləşməsi və Türkiyənin öz qoşunlarını Suriyanın şimalına yeritmək planlarını elan etməsi ilə əlaqədar olaraq regionda vəziyyət daha da gərginləşməkdədir.

"Biz İŞİD silahlılarının Suriya ərazisinə keçməsi və orada terrorçu bazalarının yaradılmasından narahatıq. Bu cür hərəkətlər Suriyada siyasi tənzimlənmə mexanizmlərinin işə salınmasına əngəl törədir", - Zaxarova bildirib.
 
 

Mariya Zaxarova - Rusiya XİN nümayəndəsi

Diplomat bildirib ki, bununla əlaqədar olaraq, Rusiya bu gün BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb. Məqsəd bu məsələnin müzakirəsi, Suriyanın ərazi bütövlüyünü və suverenliyini pozan, BMT TŞ-nin 2254 saylı qətnaməsinə, həmçinin Suriyada sülh prosesinin başlamasına yönəlmiş səylərə uyğun gəlməyən belə hərəkətlərin dayandırılmasını tələb edən qətnamə layihəsinin təqdim edilməsidir.

Rusiyanın BMT-dəki daimi nümayəndəliyi isə bildirib ki, Rusiyanın tələbi əsasında bu gecə Bakı vaxtı ilə saat 00:00-da ABŞ-ın Nyu-York şəhərində BMT Təhlükəsizlik Şurasının məsləhətləşmələri başlayacaq. BMT TŞ Suriya-Türkiyə sərhədindəki vəziyyəti müzakirə edəcək.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol