• $
  • €
  • ₽
  • ₺
  • £

BMT Türkiyənin lehinə, Rusiyanın əleyhinə səs verdi

BMT Türkiyənin lehinə, Rusiyanın əleyhinə səs verdi
20.02.2016 11:26
Rusiyanın Türkiyə əleyhinə hazırladığı qətnamə layihəsi BMT-də rədd edilib 

Rusiya Federasiyasının BMT Təhlükəsizlik Şurasına Suriya ilə bağlı təqdim etdiyi qətnamə layihəsi dəstək qazana bilməyib.
 
APA-nın BBC-yə istinadən yaydığı məlumata görə, Təhlükəsizlik Şurasının 6 üzvü layihəyə dəstək verməyib. 
 
Rusiyanın layihəsində Suriya ərazisinin kənardan (Türkiyə ərazisindən) atəşə tutulmasına son qoyulması və Suriyanın "qanuni hakimiyyətinin” (Bəşər Əsəd nəzərdə tutulur) razılığı olmadan ölkə ərazisində quru əməliyyatının keçirilməsinə yol verilməməsi əksini tapıb. Qapalı qapılar ardında keçirilən görüşdə BMT Təhlükəsizlik Şurasının 6 üzvü, o cümlədən daimi üzvlər ABŞ, Britaniya və Fransa layihənin əleyhinə çıxıblar. Rusiya layihəsinə qarşı çıxan digər TŞ üzvləri isə Ukrayna, İspaniya və Yeni Zelandiya olub.
 
ABŞ və Fransa nümayəndələri hələ iclasdan əvvəl bildiriblər ki, Rusiya qətnaməsinin gələcəyi yoxdur. Fransa diplomatı Fransua Delatr Moskvanın Əsədə dəstək mövqeyini "dalan” adlandırıb. ABŞ təmsilçisi Samanta Pauer isə deyib ki, Rusiya yeni qətnamə ilə dünyanın diqqətini yayındırmaq əvəzinə, TŞ tərəfindən daha əvvəl qəbul olunmuş sənədlərin həyata keçirilməsi ilə məşğul olmalıdır.
 
Qeyd edək ki, Suriya-Türkiyə sərhədlərindəki son hadisələrdən – Suriyadakı kürd terror qruplaşması PYD-YPG-nin Türkiyə tərəfindən atəşə tutulması və Suriya ərazisində bufer zonası yaradılmasına dair Ankaranın çağırışlarından sonra Rusiya BMT TŞ-nin təcili iclasını çağırıb və qətnamə layihəsi təqdim edib.
 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol