• $
  • €
  • ₽
  • ₺
  • £

Kuba dissidentlərə xarici səfər icazəsi verdi

Kuba dissidentlərə xarici səfər icazəsi verdi
25.02.2016 23:17
Barack Obamanın Kubaya səfəri ərəfəsinə təsadüf edən bu icazə hökumətin "öz seçimi” ilə verilir.

Kuba ölkənin bir neçə dissidentinə xaricə səfər etmək icazəsi verib.

Fərqli düşüncə sahiblərinin üzərinə "Qara bahar” hücumu zamanı məhbus edilmiş dissidentlərin hər birinə hələlik ölkəni bir dəfə tərk etmək icazəsi verilib.

Xəbər verilir ki, Barack Obamanın Kubaya səfəri ərəfəsinə təsadüf edən bu icazə hökumətin "öz seçimi” ilə verilir.

Prezident Obama deyib ki, onun Kubaya səfərindən əsas məqsəd hökumətin insanların vəziyyətini yaxşılaşdırmasına nail olmaqdır.

Bir sıra opponentləri Obamanı öz vətəndaşlarına azad seçki, sərbəst toplaşma imkanı yaratmayan Kuba hökumətinə güzəştlərə görə tənqid edirlər.

"Yaxşı davranışa görə”

2003-cü ildə Kuba tarixinə "Qara bahar” kimi düşmüş təqiblər zamanı 11 dissident məhbus edilmişdi.
İndi onların 7 nəfərinə xaricə səfər etmək hüququ tanınıb.

Lakin hökumət bundan əvvəl onların "davranışına” diqqət yetirildiyini bildirib.

Qrupun siyasi baxımdan daha fəal dörd üzvü hələ də ölkədən çıxa bilməyəcək.

Britaniya mətbuatı yazır ki, fəallardan Marta Beatriz Roque onlara bazar günü Kuba miqrasiya idarəsindən zəng edildiyini söyləyib.

Onlara bildirilib ki, icazə bir səfər üçün verilir və onlar sonra ölkəyə qayıtmalıdırlar.

Roque deyib ki, o, Birləşmiş Ştatlara səfər etmək və qohumlarını görmək istəyir.

O Kuba hökumətinin bu addımının Barack Obamanın səfəri ilə bağlı olduğunu deyib, lakin icazənin bir dəfə üçün olmasından, həm də qalan 4 dissidentə şamil olunmamasından gileylənib.

Dövlət televiziyasının keçmiş redaktorlarından dissident Jorge Olivera deyib ki, ABŞ-da bir illik aspirantura təhsili almaq istərdi.

"Hökumət bizə deyib ki, icazəni özümüzü yaxşı apardığımız üçün veriblər”- deyib dissident. /Azadliq.org

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol