• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya yeni neft karteli yaratmaq istəyir

Rusiya yeni neft karteli yaratmaq istəyir
08.03.2016 16:32
Yeni kartelin adı ROPEC ola bilər

Rusiya qlobal neft hasilatının 3/4-nü əhatə edən yeni neft kartteli yaratmağa hazırlaşır. Bu barədə xəbərdarlığı ABŞ-ın məşhur "Business İnsider" xəbər portalı yayıb.

"Report" sayta istinadən xəbər verir ki, Rusiya neft hasilatçısı olan ölkələr arasında hasilatı dondurmaq qərarından sonra nüfuzunu daha da artırıb. Hətta Rusiya, ABŞ-ın keçmiş müttəfiqi olan Səudiyyə Ərəbistanını da bir qədər öz tərəfinə çəkə bilib. Belə ki, Səudiyyə Ərəbistanının ABŞ-la münasibətləri, onun İranla münasibətlərinin yaxşılaşması fonunda gərginləşib.

"Business İnsider"in fikrincə, Suriya mövzusunda Rusiya ilə Səudiyyə Ərəbistanı fərqli yanaşma sərgiləsə də, neft qiymətlərinin kəskin azalmasının qarşısını almaqda hər iki ölkə ortaq fikirə sahibdir. Əslində, neft hasilatının yanvar ayı səviyyəsində dondurulması qərarı ciddi bir nəticə verməsə də, İran və İraqla razılaşma əldə olunacağı təqdirdə, Rusiya de-fakto dünyanın əsas neft hasilatçısı ölkələrinin liderinə çevriləcək və dünya neft hasilatının 73%-nə nəzarət edə biləcək. "Business İnsider" yeni bir kartelin yaranacağını və adının da ROPEC ola biləcəyini bildirib. Bundan başqa, sayt Rusiyanın neft hesablaşmalarını dollarla aparmaqdan imtina etdiyini və milli valyutalara keçmək istədiyini də qeyd edib.

"Business İnsider"in fikrincə, Rusiyanın başçılığı altında yeni kartel yaranarsa, bu, neft bazarında cari güc balansını dəyişəcək. Qeyd edək ki, saytın proqnozuna görə, mart ayında Moskva, Doha və ya Vyanada keçirilməsi gözlənilən neft hasilatçısı olan ölkələrin görüşündə hasilatın azaldılmasından başqa, daha mühüm razılaşmaların müzakirəsi və müsbət nəticələrin əldə olunması gözlənilir.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol