• $
  • €
  • ₽
  • ₺
  • £

İsrail İranı günahlandırır

İsrail İranı günahlandırır
10.03.2016 22:30
İsrail rəsmi Tehranı nüvə silahının çatdırılması vasitələrini hazırlamaqda günahlandırıb və beynəlxalq aləmi İranın raket proqramının dayandırılmasına nail olmağa çağırıb. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə İsrail Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.

İsrail bu günlərdə İranda keçirilmış ballistik raketlərin ikinci sınaqlarını pisləyir. XİN hesab edir ki, sınaqlar BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini kobud surətdə pozur və İsrailə qarşı yönəlmiş addımdır.

Xatırladaq ki, üç gün öncə İranın Hərbi Hava Qüvvələri (HHQ) yerli istehsallı yeni nəsil iki ballistik raketin ikinci sınaqlarını keçirib.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (Sepah) HHQ-nin komandanı, general Əmir Əli Hacızadə bəyan edib ki, ölkəsi hec bir halda raket proqramını dayandırmaq niyyətində deyil. O deyib ki, "Sepah" heç vaxt BMT Təhlükəsizlik Şurasının İranda raket istehsalına dair qətnamələri ilə razılaşmayıb: "Biz hər zaman ölkəmizi istənilən təcavüzkardan qorumağa hazırıq. İran Yəmən, İraq və ya Suriyaya çevrilməyəcək".

ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi isə bəyan edib ki, keçirilən sınaqlar İranın nüvə proqramı ilə bağlı əldə edilmiş razılaşmanı pozmur, lakin BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə ziddir.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol