• $
  • €
  • ₽
  • ₺
  • £

Makedoniya sərhədində miqrantlar etiraz aksiyası keçirib

Makedoniya sərhədində miqrantlar etiraz aksiyası keçirib
13.03.2016 10:30
Yunanıstanda Makedoniya ilə sərhəddə yerləşən və miqrantların axın etdiyi İdemoni şəhərində vəziyyət gərgin olaraq qalır.

ANS PRESS-in məlumatına görə, Makedoniya hökümətinin sərhədi bağlamasına etiraz edən miqrantlar dünən düşərgə yaxınlığındakı  dəmiryolu xətti üzərində etiraz aksiyası keçirib.  Ağır şəraitdə yaşayan düşərgə sakinləri relslərin üzərinə oturaraq, əllərində "biz tədricən ölürük” "insan həyatı pasportdan daha vacibdir” yazılı plakatlar tutub, rəsmi Skopyanın sərhəd qapılarını açmasını tələb edib. 

"Xahiş edirəm, sizə yalvarıram, heç olmasa qadınlara və uşaqlara yazığınız gəlsin. Biz yemək ,içmək istəmirik, sadəcə bizə qarşı insanlıq, humanizm görmək istəyirik.  Qoy bizi insan yerinə qoysunlar”, - etirazçılardan biri deyib.

Hökümət etiraz edən miqrant və qaçqınları başqa bölgələrə köçürmək niyyətindədir. Sərhədin tikanlı məftilləri yaxınlığında 14 minə yaxın miqrant əlacsız vəziyyətdə gözləməkdədir. Bir qədər aralıda yerləşən müvəqqəti düşərgədə isə  artıq miqrant sayı 42 min nəfəri ötüb.

Bu arada Fransanın Kale şəhərində  isə miqrantlar qatı-sağçıların  təzyiqləri ilə üzləşməkdədir.  Dünən qatı-sağçı fəalların keçirdiyi anti-miqrant nümayişindən sonra 14 nəfər saxlanılıb.  Yerli mətbuata görə, icazəsiz aksiya keçirən fəallar, planları  barədə yerli höküməti məlumatlandırmayaraq, 2 körpünü bağlayıb, maşın təkərləri yandıraraq barikada qurmağa çalışıb, miqrantlara qarşı "xaricilər vətəninə qayıtsın” yazılı plakatlar tutub.  

Çevik polis dəstələri,   toqquşmaların baş verməməsi üçün müdaxilə edərək,  icazəsiz aksiyanı başlayar-başlamaz dayandırıb.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol