• $
  • €
  • ₽
  • ₺
  • £

Floridada Tramp və Klinton qalib oldular. Rubio getdi

Floridada Tramp və Klinton qalib oldular. Rubio getdi
16.03.2016 13:30
Namizədlik yarışında növbəti "superçərşənbə” adlandırılan gündə ABŞ-ın daha dörd ştatında prezidentlik praymeriləri keçirilib.

ABŞ-ın Florida ştatında keçirilən prezidentlik praymerisində Donald Trump və Hillary Clinton qalib olublar.

Namizədlik yarışında növbəti "superçərşənbə” adlandırılan gündə ABŞ-ın daha dörd ştatında prezidentlik praymeriləri keçirilib.

Donald Trump Floridada inamlı qələbə qazandıqdan sonra, onun partiyadaşı Marko Rubio öz doğma ştatında məğlubiyyətini qəbul edib və kampaniyanı dayandırdığını bildirib.

Reuters agentliyi bildirir ki, Donald Trump-ın Floridadakı uğuru həm də onun namizədliyinin qarşısını almağa çalışan respublikaçı düşərgəyə zərbə olub.

Bu düşərgəyə daxil respublikaçılar narahatdırlar ki, Trump onların partiyasından namizəd olarsa, prezidentlik yarışını noyarda keçiriləcək seçkidə demokrat Hillary Clinton-a uduzacaq.

Hazırda ABŞ böyunca partiyalararası rəy sorğuları Clinton-un Trump-dan irəli olduğunu göstərir.

Keçmiş dövlət katibi, 68 yaşlı Hillary Clinton Florida ştatındakı qələbədən sonra 74 yaşlı rəqibi, senator Bernie Sanders-dən aralanmağa çalışır.

Trump Ohayo ştatında bu ştatın qubernatoru John Kasich-ə və Rubio-ya qalib gəlməyə ümid edirdi.

Trump-a bu yarışda ən yaxın rəqibi Çay Partiyasının sevimlisi 45 yaşlı texaslı Ted Cruz-dur.

Təhlilçilər bildirirdilər ki, Trump-ın praymeri keçirilən 5 ştatdan hər hansı birində uduzması ona qarşı olan respublikaçılara yeni nəfəs verə bilərdi. Çünki bu halda onlar Trump-ın, lazım olan 1237 seçki nümayəndəsi qazanmasını bloklaya bilrədilər.

İndi belə görünür ki, Ohayoda Kasich qalib gəlib və indilik respublikaçılar Trump-ı dayandırmaq ümidində qala bilərlər. /Azadliq.org



www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol