• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistandan Rusiyaya qarşı yeni ittiham

Ermənistandan Rusiyaya qarşı yeni ittiham
16.03.2016 14:37
Şaboyan bəyanatla çıxış edib.

Ermənistanın İqtisadi Rəqabətliyin Qorunması Dövlət Komissiyası Cənub-Qafqaz Dəmir Yolunu (Rusiya Dəmir Yollarının törəmə şirkəti, Ermənistanın dəmir yollarına 100 faiz nəzarət edir) tarifləri əsassız qaldırmaqda şübhəli bilərək, müvafiq materialları Rusiyanın Antiinhisar Xidmətinə təqdim edib.

Oxu.Az RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə ötən gün Ermənistan parlamentində komissiyanın sədri Artak Şaboyan bildirib.   

"Cənub-Qafqaz Dəmir Yolu (CQDY) üstün mövqeyindən sui-istifadə edərək yükdaşımaların tariflərini artırıb. Cənub-Qafqaz Dəmir Yolu bu qərarı 9 mlrd. dram (18 mln. dollar) ziyan çəkməsi ilə əlaqələndirib”, - Şaboyan deyib.

O, satınalmalar və xərclərin hesablanmasında bundan əvvəl də pozuntuların aşkarlandığını xatırladıb. Ermənistanın İqtisadi Rəqabətliyin Qorunması Dövlət Komissiyası hesab edir ki, CQDY inzibati və digər xərcləri əlavə etməklə sərmayələrin həcmini süni şəkildə artırır.

Bundan başqa, komissiya Rusiya Dəmir Yollarının törəmə şirkətini Ermənistanın dövlət satınalmaları haqqında qanuna əməl etməməkdə və əksər hallarda saxta tenderlər təşkil etməkdə ittiham edib.

Bu hallar barədə dövlət komissiyası hələ 2015-ci ilin payızında məlumat vermişdi. Rusiya Federasiyasının Antiinhisar Xidmətinin o zamankı rəhbəri İqor Artemyev materialları nəzərdən keçirəcəyini və öz  istintaqının aparacağını vəd etmişdi.

Cənub-Qafqaz Dəmir Yolu Rusiya Dəmir Yollarının törəmə şirkəti olaraq, Ermənistanın dəmir yollarına 100 faiz nəzarət edir. 2008-ci ilin fevralında İrəvanda Rusiya Dəmir Yolları ilə Ermənistan arasında respublikanın dəmir yolu sisteminin  Cənub-Qafqaz Dəmir Yolu nəzarətinə verilməsinə dair konsensiya müqaviləsi imzalanıb.

Müqaviləyə görə, konsensiya idarəçiliyinin müddəti, ilk 20 ildən sonra isə tərəflərin qarşılıqlı razılığı əsasında daha 10 il uzadılma hüquq əsasında 30 ildir.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol