• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyada Putinin təhqir olunması cinayət sayılacaq

Rusiyada Putinin təhqir olunması cinayət sayılacaq
16.03.2016 15:51
SSRİ-də olduğu kimi.

Rusiya Dövlət Duması "Rusiya prezidentinin şərəf və ləyaqəti haqqında” qanun layihəsi hazırlayır.

Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, indi Rusiya liderinin təhqir edilməsinə görə vətəndaşlar cinayət məsuliyyətinə cəlb edilə və üç ildən altı ilə qədər azadlıqdan məhrum edilə bilərlər.

Təşəbbüsün müəllifi deputat Roman Xudyakov 1990-cı ilin "Rusiya prezidentinin şərəf və ləyaqəti haqqında” qanuna əsaslanıb.

Qanun layihəsinin irəli sürülməsinə səbəb birbaşa Vladimir Putinə ünvanlanmış təhqirlərin olduğu videoçarxlardır. Deputatın bu videçarxları YouTube-dən aşkarladığını "İzvestiya” yazıb.

Xudyakov bu çarxların dərc edilməsi üçün cinayət işinin açılması tələbi ilə Baş prokurorluğa və Rusiyanın İstintaq Komitəsinə müraciət edib. Qanunverici əmindir ki, bu kontent Rusiya CM "Hakimiyyət nümayəndəsinin təhqir edilməsi”nə dair 319-cu maddəsinə düşür.

Hazırkı qanunvericiliyə görə, istənilən məmurun təhqir edilməsi Rusiya CM 319 maddəsinə düşür. Burada isə bir ilə qədər islah işləri nəzərdə tutulur. Xudyakov məhz dövlət başçısına ünvanlanan təhqirə görə daha sərt cəza tətbiq etmək təklifi verib.

Şərəf və ləyaqətin qorunmasına dair SSRİ köhnə qanununa görə, "prezidentin şərəf və ləyaqətinə xələl gətirilməsinə görə” üç ildən, KİV istifadə etdikdə isə altı ilə qədər azadlıqdan məhrum etmə nəzərdə tutulur.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol