• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyədə döyüş vəziyyəti elan edildi

Türkiyədə döyüş vəziyyəti elan edildi
17.03.2016 10:10
Türkiyənin Adana vilayətində yerləşən "İncirlik” hərbi aviasiya bazasında maksimum səviyyədə döyüş hazırlığı vəziyyəti elan edilib.
 
ANS PRESS-in məlumatına görə, hərbi bazada indiyə qədər ikinci səviyyəli "Charlie” döyüşə hazırlıq vəziyyəti tətbiq edilsə də artıq ilk səviyyəli "Delta” vəziyyəti elan edilib. "Delta” elan edilməsindən sonra hərbi bazada təhlükəsizlik ən yüksək səviyyəyə çatdırılıb.

Ötən həftə sonu bazanın minə yaxın türk işçisi evə buraxılsa da onlar daha sonra işə çağırılıblar. Bunun təlim olduğu hesab edilsə də daha sonra baza rəhbərliyinin daxil olan bir xəbərdarlıq əsasında təhlükəsilik tədbirlərini gücləndirdiyi məlum olub.  

Bazanın piyada girişlər üçün nəzərdə tutulan yeganə qapısında nəzarət və təhlükəsizlik həm yerli, həm də Amerika Birləşmiş Ştatları (ABŞ) heyəti tərəfindən təmin edilir. Bazanın şəxsi heyətini daşıyan xidməti avtobus isə hər dəfə giriş-çıxış üçün fərqli qapılardan istifadə edir.   

"İncirlik” hərbi bazası 1954-cü ildə Türkiyə Silahlı Qüvvələrinin (TSK) və ABŞ Hərbi Aviasiyasının müştərək istifadəsi üçün istifadəyə verilib. Avropada taktiki nüvə silahlarına sahib olan 6 NATO bazasından biridir.

BMT qərarı ilə İŞİD-lə mçübarizə çərçivəsində yaradılan ABŞ rəhbərliyindəki hərbi koalisiyanın üzvü olan daha 5 ölkə də ötən ilin iyul ayından "İncirlik” hərbi bazasından istifadə edir.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol