• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyada Qorbaçovun mühakiməsi tələb edildi

Rusiyada Qorbaçovun mühakiməsi tələb edildi
17.03.2016 17:06
"Rusiya kommunistləri” Baş prokurorluğa SSRİ-nın birinci prezidenti Mixail Qorbaçova qarşı "Vətənə xəyanət” və "xalqın iradəsini yerinə yetirmədiyinə” görə cinayət işinin qaldırılması ilə əlaqədar müraciət ediblər.

Oxu.Az LifeNews-a istinadən xəbər verir ki, onlar, həmçinin Qorbaçovun mülkiyyətinin dövlət hesabına müsadirə olunması tələbini də irəli sürüblər.

"1991-ci ildə ölkənin vətəndaşlarının əksəriyyəti SSRİ-nin saxlanılmasının tərəfdarı idi. Amma Mixail Qorbaçov lazımi səlahiyyətlərə sahib olduğuna baxmayaraq, seçicilərin istəyini yerinə yetirməyib və SSRİ-nın saxlanılması üçün heç bir tədbir görməyib”, - partiyanın lideri Maksim Suraykin bəyan edib.

Kommunistlərin fikrincə, istintaq zamanı Qorbaçovu göz altına almaq lazımdır ki, o, xaricə qaça bilməsin.

Bununla yanaşı, siyasətçinin özü "Russkaya slujba novostey”ə bəyan edib ki, hər zaman Sovet İttifaqını qorumaq istəyib və 1991-ci ildə referendumda məhz buna səs verib. "Respublikalarla baş verənlərə baxmayaraq, mərkəzləşmə mane olurdu. Başqa hüquqlar, başqa münasibətlər lazım idi”, - o qeyd edib.

İki gün öncə, martın 15-də RLDP Dövlət Dumasında baxılması üçün "SSRİ prezidenti M.S.Qorbaçovun və Rusiyanın birinci prezidenti B.N.Yeltsinin siyasi fəaliyyətinin cinayət tərkibli olmasını tanımaq” haqqında qərarın layihəsi çıxarılıb. Bu barədə fraksiyanın lideri Vladimir Jirinovski bidirib.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol