• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyaya qarşı yeni sanksiyalar

Rusiyaya qarşı yeni sanksiyalar
19.03.2016 17:25
Dion yeni sanksiyaların 10 hüquqi və 2 fiziki şəxsə şamil olunduğunu qeyd edib.

Kanada Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edib. ANS PRESS-in məlumatına görə, bu barədə Kanadanın xarici işlər naziri Stefan Dion xəbər verib.

Stefan Dion yeni sanksiyaların 10 hüquqi və 2 fiziki şəxsə şamil olunduğunu qeyd edib. Hökümətin bu barədə yaydığı bəyanatda əlavə sanksiyaların Ukrayna ilə bağlı olduğu bildirilir.

"Rusiyaya qarşı sanksiyalar Minsk razılaşmaları tam həcmdə yerinə yetirilənədək qüvvəsində qalacaq”, - deyə Stefan Dion bildirib.

Rusiya barəsində sanksiyaların genişlənilməsi haqqında qərar martın 16-da qəbul edilib. Ancaq qərar martın 18-də dərc edildikdən sonra qüvvəyə minib.

 
Stefan Dion - Kanadanın xarici işlər naziri
 
 
Keçən il dekabrın sonlarında ABŞ hakimiyyəti Rusiyaya qarşı sanksiyaların yeni paketini təsdiq edib. Ümumi siyahıya 34 fiziki və hüquqi şəxs düşüb.

Sanksiyalar altına VTB və "Sberbank” dövlət banklarının bir çox törəmə və xaricdə olan bölmələri düşüb. Xüsusilə Ukrayna, Qazaxıstan və Avropada olan bölmələr hədəfə götürülüb. Bundan başqa, yeni siyahıda VTB və "Sberbank” banklarının qeyri-dövlət təqaüd fondları var.


ABŞ Rusiyanın Krımı ilhaq etməsinə görə bundan əvvəl də bir neçə dəfə bu ölkənin məmurlarına və bəzi iş adamlarına qarşı sanksiyalar tətbiq edib. Bundan başqa, məmur və ayrı-ayrı şəxslərin bank hesablarının dondurulması və viza qadağasında tətbiq olunub. Bu sanksiyalar Rusiyanın yüksək səlahiyyətli müşavirləri, deputatlar və Ukrayna separatçılarının rəhbərləri də daxil olmaqla 200-dən çox adama şamil edilir.

ABŞ-dan başqa digər ölkələr də Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq ediblər. Sanksiyaların məqsədi Rusiyanı Ukraynanın şərqində atəşkəs barədə Minskdə fevral ayında əldə olunmuş sazişi gözləməyə məcbur etməkdir. AB və ABŞ sanksiyaları prezident Putinin çevrəsi, Rusiya dövlət bankları, Rusiya hərbiyyəsi və enerji şirkətlərinə qarşı tətbiq edilir.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol