• $
  • €
  • ₽
  • ₺
  • £

Rza Zərrabı tutan prokuror ulduza çevrildi

Rza Zərrabı tutan prokuror ulduza çevrildi
24.03.2016 15:00
İranlı iş adamı Rza Zərrabın həbsi üçün sanksiya verən Nyu York Cənub dairəsi federal prokuroru Prit Bharara sosial şəbəkələrdə son günlərin ulduzuna çevrilib.
 
 

Virtualaz.org Türkiyə və ABŞ mediasına istinadən xəbər verir ki, bu vaxta qədər qalmaqallı və irimiqyaslı korrupsiya əməlləri üzrə cinayət işləri açması ilə məşhurlaşan Prit Bharara Rza Zərrabın həbs edilməsi xəbərini və ona qarşı irəli sürülmüş rəsmi ittiham aktının bəzi detallarını Twitter-dən paylaşıb. Nəticədə Twitter-də onu izləyənlərin sayı dəfələrlə artıb.

Prokurorun Rza Zərrab barədə tvitlərindən sonra on minlərlə türk onun bloqunun izləyicisinə çevrilib. Twitter-dən ona mesajlar göndərən türklər prokurora dəstək ifadə ediblər. Prokuror türk izləyicilərindən bir neçəsi ilə yazışıb. Türklər ona göndərdikləri mesajlarında Bhararaya minnətdarlıq ifadə edirlər və ona rakı, şiş kabab, türk xalçası kimi hədiyyələr təklif edirlər.

"Türkiyədən istədiyiniz bir şey varmı? Türk rakısı, şiş kabab, löküm, türk xalçası...istəməniz yetərlidir, xidmətinizdəyik”, "Abi, yengeyi də al gəl, gözləyirik”, "Bizimkilərin görə bilmədiyi işi siz gördünüz, yanınızdayıq”. Bunlar türklərin Prit Bhararaya yazdıqları tvitlərdən bir neçəsidir.

Prit Bharara isə bu tivitlərə yazdığı cavabda bildirib: "Şiş kababı sevirəm, ancaq bu, mənim işimdir və hesab edirəm ki, bu cür hədiyyələri qəbul edə bilmərəm”

Rza Zərrabın həbsindən əvvəl Prit Bhararanın 12 min Twitter izləyicisi olub, həbsdən sonra onun izləyicilərinin sayı 115 mini keçib. Rza Zərrabın həbsindən sonra prokuror özü də Türkiyədən 14 Twitter istifadəçisini izlədiyi şəxslər siyahısına daxil edib və onların arasında prezident Ərdoğan da olub. Lakin daha sonra prokuror Ərdoğanı izlədiyi istifadəçilər siyahısından silib.

Xatırladaq ki, Rza Zərrab və daha iki İran vətəndaşı –Kamelya Cemşidi və Hüseyn Nəcəfzadə İrana qarşı tətbiq edilmiş sanksiyaları pozmaqda, qeyri-leqal pul transferində, Amerika bank sisteminə qarşı saxtakarlıqda, irimiqyaslı dələduzluqd ittiham edilir. Bu ittihamlar üzrə onları 72 il həbs gözləyir. Rza Zərrab İran, Azərbaycan və Türkiyə pasportları daşıyır, üç ölkənin vətəndaşıdır. İrana qarşı sanksiyaları neytrallaşdırmaq üçün  cümlədən Azərbaycanda açdığı şirkətlərdən istifadə edib.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol