• $
  • €
  • ₽
  • ₺
  • £

Suriyada sülhə dair danışıqlar başa çatdı

Suriyada sülhə dair danışıqlar başa çatdı
25.03.2016 12:18
İsveçrənin Cenevrə şəhərində keçirilən Suriyada sülhə dair danışıqların növbəti mərhələsi yekunlaşıb.

ANS PRESS-in məlumatına görə, görüşlərin sonunda Birləşmiş Millətlər Təşkilatının Suriya üzrə xüsusi səfiri danışıqlara vasitəçilik edən Satffan de Mistura mətbuat konfransında çıxış edib.

Səfir bildirib ki, növbəti görüşlərdə tərəflər artıq prinsiplərə dair deyil, Suriyada siyasi keçidə dair danışıqlar aparacaqlar.

"Əlbəttə, hər şeyi mən idarə etmirəm. Lakin ümid edirəm ki, növbəti dəfə biz artıq siyasi keçid prosesinə daha çox diqqət edəcəyik. Mən bu istiqamətdə addımların atılmasına çalışacam. Danışıqlarda ortaq nöqtə, ortaq fikirlər çox idi. Lakin artıq siyasi keçid prosesi barədə düşünməyin vaxtıdır. Düşünürük ki, bu proses hamı tərəfindən qəbul olunan BMT Təhlükə Şurasının qətnaməsinə əsaslanmalıdır”, - BMT-nin Suriya üzrə xüsusi səfiri Staffan de Mistura bildirib.

Staffan de Mistura Suriya üzrə danışıqlarda
Staffan de Mistura Suriya üzrə danışıqlarda
Sülhə dair danışıqlar fonunda Suriya ordusu Palmira şəhərini İŞİD qruplaşmasının işğalından azad etmək üçün səylərini artırıb. Ordu qüvvələri İŞİD silahlıları tərəfindən zəbt edilmiş daha bir turizm mərkəzi üzərində nəzarəti bərpa edib.

UNESCO-nun dünya mədəni irsi siyahısına daxil edilən Palmira şəhəri may ayında İŞİD qruplaşması tərəfindən zəbt olunmuş, şəhərin qədim tarixi abidələri və qiymətli arxeoloji qazıntılar məhv edimişdi.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol