• $
  • €
  • ₽
  • ₺
  • £

"The Independent" qəzetinin kağız versiyasının nəşri dayandırıldı

"The Independent" qəzetinin kağız versiyasının nəşri dayandırıldı
26.03.2016 11:00
Maliyyə problemləri ilə üzləşən qəzet yalnız onlayn yayımlanacaq

Rusiyalı iş adamı Aleksandr Lebedeva məxsus Britaniyanın "The Independent” qəzetinin bu gün sonuncu dəfə kağız versiyası işıq üzü görüb.

"Report” xarici mətbuata istinadən bildirir ki, bundan sonra "The Independent”in yalnız onlayn versiyası mövcud olacaq. Qəzet 1995-ci ildən bu günə qədər ilk dəfədir ki, kağız versiyasını bağlayıb və tam internet rejiminə keçib. Bunun əsas səbəbi isə maliyyə çətinlikləri ilə bağlıdır.
Qəzet 1990-cı illərin əvvəlində də ciddi maliyyə problemləri ilə üzləşib. "The Independent”in tirajı 2009-cu ildə 184 min nüsxəyə qədər enib. A.Lebedev 2010-ci ildə nəşri nominal qiymətə - 1 funt sterlinqə alıb. Lakin qəzet yenə də populyarlığını itirməkdə davam edib. Ötən il isə onun gündəlik tirajı 58 min nüsxədən aşağı düşüb.

Bankirin "The Independent”in kağız versiyasının buraxılmasını dayandırmağı niyyətini bu ilin fevralın ortalarında məlum olub. Həmin vaxt bildirilib ki, Lebedev və onun oğlu qəzeti satmaq qərarına gəliblər.

Qeyd edək ki, "The Independent” gündəlik qəzeti 1986-cı ildə yaradılıb və 1990-cı ildə tirajı 400 min nüsxəyə çatıb.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol