• $
  • €
  • ₽
  • ₺
  • £

"İran Dohada neft istehsalçılarının görüşündə iştirak edəcək"

"İran Dohada neft istehsalçılarının görüşündə iştirak edəcək"
29.03.2016 21:35
İranın neft naziri Bican Zanqane aprelin 17-də Dohada keçiriləcək neft hasilatçısı ölkələri ilə danışıqlarda iştirak edəcək, amma ölkə neft hasilatının dondurulması barədə razılığa gəlmək niyyətində deyil.

Oxu.Az xəbər verir ki, bu barədə Bloomberg agentliyi vəziyyətlə tanış olan mənbəyə istinadən məlumat yayıb.

Rusiya, Səudiyyə Ərəbistanı, Qətər və Venesuela fevralın 16-da Dohada görüş zamanı neftin dünya qiymətlərinə dəstək məqsədi ilə əgər digər istehsalçılar da təşəbbüsə qoşularsa, neftin hasilatının 2016-cı ilin yanvar ayı səviyyəsində dondurulması barədə razılığa gəliblər.

Ölkələr arasında buna hazır olmaları barədə Ekvador, Əlcəzair, Nigeriya, Oman, Küveyt, BƏƏ bildirib.

Neft hasilatı ölkələri geniş formatda görüşü aprelin 17-də Dohada (Qətərdə) gözlənilir. Daha öncə Rusiya Energetika Nazirliyinin rəhbəri Aleksandr Novak bildirib ki, yeni görüşdə iştirakı ilkin olaraq 15 ölkə təsdiq edib. Bununla yanaşı, rusiyalı nazir iştirakçıların sayının çox olmasına ümid edir.

Eyni zamanda İran bəyan edib ki, ölkə neft hasilatının dondurulması məsələsinə dair yalnız ölkədəki neft hasilatının səviyyəsinin sutkada 4 milyon barelə çatdığı halda, digər ölkələrlə sövdələşməyə gedəcək. Hazırda İranda neft hasilatı OPEK-in məlumatlna görə, gün ərzində 3,1 milyon barel səviyyəsindədir.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol