• $
  • €
  • ₽
  • ₺
  • £

"Müsəlmanlar ABŞ üçün böyük təhlükədir"

"Müsəlmanlar ABŞ üçün böyük təhlükədir"
30.03.2016 10:38
Müsəlmanlar ABŞ-ın təhlükəsizliyi üçün ciddi problem kəsb edirlər və buna görə də, onların ölkə ərazisinə buraxılması məhdudlaşdırılmalıdır.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, belə bir bəyanatla çərşənbə axşamı Viskonsin ştatında seçiciləri ilə görüşdə ABŞ prezidentliyinə namizəd, milyarder Donald Tramp bildirib.

"Minlərlə müsəlman bizim ölkəmizə gəlirlər, biz isə onların kim olduğunu bilmirik”, - deyə, milyarder iddia edib.

"Bu, təhlükəsizliyimiz üçün böyük problemdir”, - deyə, o, əlavə edib və müvəqqəti olaraq sərhədlərin müsəlmanların üzünə bağlanılmasını təklif edib.

O həmçinin qeyd edib ki, amerikalılar "ayıq-sayıq olmalıdırlar” və növbəti dəfə məscidlər, müsəlman icmalarına nəzarəti gücləndirməyə çağırıb.

"Belə yerlərdə radikallaşma baş verir və biz bununla bağlı nə isə etməliyik”, - deyə, Tramp bildirib.

O, müsəlmanların törətdikləri cinayətlərdən söhbət gedərkən "siyasi düzgünlük normalarını kənara qoymağın” zəruriliyini qeyd edib.

Ümumiyyətlə, müsəlmanlara etibar edib-etməməsi barədə sualı isə Tramp belə cavablandırıb: "Güman edirəm ki, bəzilərinə bəli, etibar edirəm, bəzilərinə isə yox”.
www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə zəlzələ olub
Dünya 21:34
Türkiyədə zəlzələ olub
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol