• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyada polis azərbaycanlıların tədbirinə basqın etdi

Rusiyada polis azərbaycanlıların tədbirinə basqın etdi
31.03.2016 13:16
Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara məxsus restoranda azərbaycanlı iş adamının 50 illik yubileyi münasibətilə təşkil olunan tədbirə yerli polis xüsusi təyinatlıları tərəfindən basqın edilib.
 
Hadisənin iştirakçılarından olan iş adamı Mehman Ağamuradov APA-ya bildirib ki, hadisə martın 30-da saat 21:00 radələrində baş verib. Polis  aralarında qadın və uşaq da olmaqla, 100-ə yaxın azərbaycanlını saxlayıb. Onların arasında Azərbaycandan dəvət edilmiş tanınmış meyxanaçılar Ehtiram və İntiqam Rüstəmov qardaşları da olub.
 
M. Ağamuradov deyib ki, şəhərdə yaşayan azərbaycanlıların - təxminən 160 nəfərin iştirak etdiyi məclis Ağayar Ağayev adlı iş adamının yubileyinə həsr olunub: "Hər hansı problem və ya narahatlıq yox idi. Məclisin ortasında qəflətən pəncərədən və qapıdan xüsusi təyinatlılar bizə hücum etdilər. Hər tərəfi dağıdıb, qadın-uşaq qarışıq, əllərimizi bağlayaraq yerə yıxdılar. 100-ə yaxın azərbaycanlını, mən də daxil olmaqla, polis idarəsinə apardılar. Səhərədək saxlayıb, sonra sərbəst buraxdılar. Heç bir səbəb də göstərmədilər. Sadəcə, saxlanılanları səhərə qədər beş-beş, on-on sərbəst buraxaraq dedilər ki, gedə bilərsiniz. İndiyə qədər belə bir şey olmamışdı”.
 
Qeyd edək ki, hadisə barədə Rusiyanın xəbər agentlikləri də məlumat yayıb. Lakin bu məlumatlarda polisin kriminal avtoritetlərin yığıncağına müdaxilə etdiyi iddia olunur. Xüsusi əməliyyata Federal Təhlükəsizik Xidmətinin əməkdaşları da cəlb edilib. Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsindən bildiriblər ki, əməliyyat zamanı hadisə yerində narkotikə oxşayan maddə, habelə bıçaq və dəyənək aşkarlanıb.
 
Yerli mətbuatın xəbərinə görə, şəhərin Kosmonavtlar küçəsi, 134 ünvanında yerləşən "Qulyaki” kafesində kriminal "sxodka” keçirilirmiş. İddia olunur ki, tanımış azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranski Ural regionuna "nəzarətçi” kimi öz adamını - Ağayev Ağayar Hüseyn oğlunu qoymaq istəyib. Kafedə həm bu münasibətlə, həm də Ağayar Ağayevin ad günü ilə əlaqədar mərasim təşkil olunub. Mərasimə regionun kriminal avtoritetlərinin toplaşdığı bildirilir və bu sırada Perveuralskdan gəlmiş Əli adlı "qanuni oğru”, Vaqif (Kamışlovo), "Yuqra Cavanşir” və digər avtoritetlərin adı çəkilir. A. Ağayev ad gününü təntənəli keçirmək üçün Bakıdan da qonaqlar dəvət edib. Ehtiram və İntiqam Rüstəmov qardaşlarından başqa, Aqşin, Nicat Mənalı kimi meyxanaçılar, habelə "Oqni Baku” qrupu da dəvətli olub.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
Dünya 19:04
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox