• $
  • €
  • ₽
  • ₺
  • £

"Rusiya mətbuatında erməni mənbələrinə istinad üstünlük təşkil edir"

"Rusiya mətbuatında erməni mənbələrinə istinad üstünlük təşkil edir"
29.05.2020 07:35
Əflatun Amaşov: "Dağlıq Qarabağ Azərbaycan ərazisi kimi verilmir, Dağlıq Qarabağ və Azərbaycan iki tərəf kimi təqdim edilir"

"Son iki gündə Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verənləri dünyanın aparıcı kütləvi informasiya vasitələri kifayət qədər dolğun işıqlandırdılar. Onların yayımladıqları materiallarda Dağlıq Qarabağın ermənilər tərəfindən işğal olunduğu qeyd edilirdi. Türkiyə mətbuatı da cəbhədəki son hadisələrə kifayət qədər ciddi və obyektiv yanaşdı”.
 
Bunu APA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
 
Ə. Amaşov bildirib ki, Rusiya mətbuatında, bu ölkənin bəzi xəbər portallarında və televiziyalarında cəbhə xəttində baş verən hadisələrlə bağlı yayımlanan materiallarda isə daha çox erməni tərəfinin mövqeyi dəstəklənir: "Rusiyanın nüfuzlu media qurumları baş verən hadisələri obyektiv işıqlandırsalar da, çox təəssüf ki, məsələyə qeyri-obyektiv yanaşan media qurumları da var. Rusiya mətbuatı daha çox özünü bitərəf kimi göstərməyə çalışır. Lakin dərindən təhlil etdikdə görürsən ki, onların yaydıqları informasiya öz işini görür. Tərəflərə münasibətdə maraqlı məqamlar üzə çıxır. Məsələn, "İnterfaks”, "lenta.ru”, "vzglyad.ru" və başqaları daha çox erməni tərəfinin mövqeyinə, oradan olan materiallara üstünlük verir. Çox təəssüf ki, bəzi məqamlarda bunu xristian və müsəlmanlar arasında ədavət kimi təqdim etməyə cəhdlər olunur. Əsasən də "regnum.ru” məsələyə bu cür yanaşır, son olayların arxasında Türkiyənin dayanmasına işarə olunur”.
 
Şura sədrinin sözlərinə görə, Rusiya mətbuatında erməni mənbələrinə istinad daha çox üstünlük təşkil edir: "Rusiya mətbuatında ermənilərin rəsmi şəxslərindən alınan fikirlərə də yer verilir. Adətən mediada fikir verilir, sonra təkzib olunur, təkziblə isə çox adam maraqlanmır. Artıq yazılan yazı öz işini görür. Təkzibin o qədər əhəmiyyəti olmur. Diqqəti cəlb edən digər məqam ondan ibarətdir ki, Dağlıq Qarabağ Azərbaycan ərazisi kimi, işğal olunmuş ərazi kimi verilmir. Dağlıq Qarabağ və Azərbaycan iki tərəf kimi təqdim edilir. Sanki Azərbaycan öz ərazi bütövlüyü bərpa etmir və hansısa müstəqil dövlətin torpağını zəbt etmək istəyir. Biz bu sadalanan halların aradan qaldırılmasına çalışmalıyıq”.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb
Dünya 10:58
Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Dünya 09:39
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Demokratlar Nümayəndələr Palatasında 193, respublikaçılar isə 114 mandat qazanıb
Dünya 09:32
Demokratlar Nümayəndələr Palatasında 193, respublikaçılar isə 114 mandat qazanıb
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol