• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilər kütləvi şəkildə Talışı tərk edirlər

Ermənilər kütləvi şəkildə Talışı tərk edirlər
07.04.2016 14:11
Rusiyanın "Kommersant” qəzetinin müxbiri İlya Barabanov atəşkəs rejimi elan olunduqdan dərhal sonra Talış kəndində olub.

Oxu.Az xəbər verir ki, qəzetin müxbiri kəndi əhatə edən yüksəkliklərin Azərbaycanın nəzarəti altında olduğunu bildirib.

İ.Barabanovun sözlərinə görə, aprelin 2-də kəndə Azərbaycan ordusunun hissələri daxil olub, amma burada möhkəmlənə bilməyiblər, bu səbəbdən də ətrafdakı yüksəkliklərdə mövqe tutublar.

"Talış kəndi – Dağlıq Qarabağın ən şimal nöqtəsidir. Hərbi əməliyyatların aparıldığı bütün bu günlər ərzində atəşə tutulan Mardakert şəhərindən bura cəmi 30 km yol var”, - jurnalist yazır.

"Biz Talış yolu ilə gedərkən yol boyu ev əşyalarının toplandığı yük maşınları ilə qarşılaşırıq. Kəndin sakinləri atəşkəsin uzun sürəcəyinə inanmırlar, ona görə də sakit zamanı əşyalarını çıxarmaq üçün istifadə etməyə çalışırlar. Talışa girişdə yandırılmış maşın, kənarda isə ölmüş inək var”, - reportajda deyilir.

Jurnalist ilə söhbətdə erməni əsgərləri dünəndən atəşin dayandığını bildirirlər.

Kənd administrasiyasının rəhbəri Vilen Petrosyan qeyd edib ki, hərbi əməliyyatlara qədər orada 600-ə yaxın adam yaşayırdı.

"Bu gün burada 50 nəfər qalıb, onlar hələ getməyiblər”, - o deyib.

Xatırladaq ki, daha öncə Rusiya KİV hərbi əməliyyatlar zamanı Dağlıq Qarabağın üç minə yaxın sakininin öz evlərini tərk etdiklərinə dair məlumat yaymışdı.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol