• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan İsrailə nota verib

Ermənistan İsrailə nota verib
10.04.2016 15:00
Ermənistanın Misir və İsraildəki səfiri Armen Melkonyan İsrailin Azərbaycana silah satışını dayandırması üçün etiraz notası ilə ötən həftə Qüdsə gedib. ANS PRESS-in məlumatına görə, bu barədə İsrailin yerli "Haaretz" xəbər portalı məlumat yayıb.

Sayt bildirib ki, XİN-in "Avrasiya" şöbəsinin müdiri Dan Oriyan onunla görüşüb və A. Melkonyan ona içərisində İsrailin Azərbaycana silah satışını dayandırması ilə bağlı tələbin yer aldığı rəsmi etiraz notası təqdim edib.

Xəbər portalının səfirlikdəki yüksək vəzifəli mənbədən aldığı məlumata görə, sənəddə xüsusilə Azərbaycan tərəfinin İsrailin IAI şirkətinə məxsus "Harop"pilotsuz uçan aparatından istifadə etməsi qeyd olunur.

Melkonyan isə öz növbəsində İsrail diplomatları ilə söhbətinin məzmunu barədə məlumat verməkdən imtina edib. Ancaq o, qəzetin məlumatında göstərilən detalları təkzib etməyib.

Qeyd edək ki, İsrail silah istehsalına görə dünyada 4-cü, pilotsuz təyyarələrin buraxılışı üzrə isə Birləşmiş Ştatlardan sonra ikinci yeri tutur. 2011-ci ildə Azərbaycan İsraillə ümumi məbləği $1,6 mlrd. həcmində silah və hərbi texnikanın alınmasına dair müqavilə bağlayıb. 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol