• $
  • €
  • ₽
  • ₺
  • £

Klinton və Tramp Nyu-York ştatında praymeriz ərəfəsində liderlik edir

Klinton və Tramp Nyu-York ştatında praymeriz ərəfəsində liderlik edir
18.04.2016 19:09
Nyu-York ştatında ilkin seçimlər aprelin 19-da keçiriləcək

Sabah ABŞ-ın Nyu-York ştatında prezidentliyə namizəd olacaq partiya nümayəndələrini müəyyənləşdirəcək növbəti praymeriz keçiriləcək.

"Repoirt" "RİA Novosti"yə istinadən xəbər verir ki, Demokratlar Partiyasında keçmiş dövlət katibi Hillari Klinton əsas rəqibi olan Vermont ştatının senatoru Berni Sandersi inamla üstələyir. Belə ki, NBC telekanalı, "The Wall Street Journal" qəzeti və Nyu-York Marist Kollecinin sosioloji xidmətinin apardığı sorğu bu ştatda H.Klintonu dəstəkləyən seçicilərin 57, B.Sanders tərəfdarlarının isə 40% təşkil etdiyini göstərib. Xanım Klintonu ən çox dəstəkləyənlər də elə məhz xanımlardır: 60%. Bu mənada B.Sandersin göstəricisi 37%-dir. Elə kişi seçicilər arasında da Klinton Sandersi üstələyir - 44%-ə qarşı 53%.

"The New York Times" qəzetinin hesablamasına görə, hazırda H.Klinton artıq Demokratlar Partiyasının Milli Qurultayının 1 776 nümayəndəsindən dəstək alıb. B.Sandersdə bu göstərici 1 118 səsdir. Demokratik Partiyasından prezident postuna namizədliyi irəli sürmək üçün qurultayın 2 383 nümayəndəsinin dəstəyi tələb olunur.

Respublikaçıların düşərgəsində isə milyarder Donald Tramp inamla lider mövqeyini qoruyub saxlayır. "Optimus" Araşdırma Xidmətinin Respublikaçılar Partiyasının sifarişi əsasında Nyu-York ştatında keçirdiyi son sorğunun nəticələrinə görə D.Trampı respublikaçı seçicilərdən 49%-i dəstəkləməyə hazırdır. Ohayo qubernatoru Con Keysikin dəstək göstəricisi 23%, Texas senatoru Ted Kruzununku isə 14% təşkil edir.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol