• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyalı politoloq: Günahkar Yerevandır

Rusiyalı politoloq: Günahkar Yerevandır
18.04.2016 18:51
"Azərbaycan ordusu yeni qüvvəsini nümayiş etdirdi”.

Münaqişənin alovlanması qaçılmaz idi. Münaqişə uzun illər boyu üç xüsusiyyəti ilə fərqlənirdi.

Oxu.Az xəbər verir ki, bu barədə Bakıda rusiyalı politoloq Sergey Markov bildirib.

Markov, həmçinin Dağlıq Qarabağda gözlənilən qığılcımın səbəblərini sadalayıb. 

"Birincisi, orada sülhməramlılar yox idi. İkincisi, münaqişə yox, danışıqlar dondurulmuşdu. Üçüncüsü, iqtisadi, hərbi qüvvələrin nisbəti Azərbaycanın xeyrinə dəyişdi. Münaqişə isə dəyişməyib. Bu isə qığılcım üçün şərait yaradırdı və hamı bunun olacağını deyirdi”, - Putinin səlahiyyətli nümayəndəsi bildirib. 

Onun sözlərinə görə, mütəxissislərin əksəriyyəti bu münaqişədə ilk başlayanın yox, beynəlxalq hüquq pozanın təqsirkar olduğunu hesab edir. 

"Burada məncə Azərbaycan tərəfi özünə əmin mövqe tutmalıdır. Oyunçuların əksəriyyətinin fikrincə, günahın böyük hissəsi Yeravanın üzərinə düşür”.

Markov qeyd edib ki, Azərbaycan bir neçə məqsədə nail olub:

"Birincisi, danışıqların donu açılıb. Bu, mühüm siyasi nailiyyətdir. Bizim bu dəfə danışıqların daha uğurlu olacağına dair əsasımız var, belə ki, bu danışıqlar bir çox hallarda vasitəçilərin təzyiqi altında gedir. 

İkincisi, Azərbaycan ordusunun gücünü nümayiş etdirdi. 

Azərbaycanın Silahlı Qüvvələrinin sayı Yerevan və separatçı Qarabağ qüvvələrinin ümumi sayından 20% çoxdur. Texnikaya görə, Azərbaycan iki dəfə güclüdür. 

Və əhalinin tam dəstəyi, insanlar nümayişə çıxırdı, orduya yazılmaq istəyirdilər. Hətta Azərbaycan qadınları da cəbhəyə can atırdılar.

Azərbaycan, həmçinin Türkiyənin tam dəstəyinə sahib idi.

Üçüncüsü, ərazi. Bildiyim qədər vəziyyət az da olsa dəyişib. Orada bir neçə təpə Azərbaycan SQ əlində qalıb, bununla da yeni trend yaranıb. 

Münaqişdə Moskva bitərəf mövqe tutması da, mühüm nailiyyətdir, bununla o, Azərbaycana anlayış nümayiş etdirdi.

Daha bir üstünlük hərbi qığılcımın yetərincə idarə ediləcək olması idi. Hərbi qığılcım olub, müəyyən hədəflər var idi, bundan sonra hərbi münaqişə demək olar ki, aradan qaldırıldı və hər şey öz siyasi mövqeyinə qayıtdı.

Bu isə siyasi rəhbərliyin özünü əmin hiss etdiyini və hərbi-siyasi planları dəqiq və aydın həyata keçirməyə qadir olduğunu göstərir. 

Axı çox zaman siyasi məqsədlər üçün hərbi kran açıldıqda bağlanması çətin olur. Bu, hərbi-siyasi vəziyyəti idarə etməkdir, məncə bu qüvvənin real təzahürüdür. 

Ekspertin sözlərinə görə, Azərbaycan ordusunun silahdan, o cümlədən Rusiyadan tədarük edilmiş silahdan çox səmərəli istifadə etməsi idi. 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol