• $
  • €
  • ₽
  • ₺
  • £

Ziyalılar Nazarbayevə xəbərdarlıq edirlər

Ziyalılar Nazarbayevə xəbərdarlıq edirlər
25.04.2016 15:40
"Nur əkə, amandır, ehtiyatlı ol!”

Ziyalılar Nazarbayevə xəbərdarlıq edirlər

Qazaxıstan hökumətinin torpaqları hərrac yolu ilə satmaq planı son bir neçə həftə ərzində ölkənin internet məkanında qızğın müzakirə obyektinə çevrilib. Çoxları bu yolla torpağın xaricilərə satılacağından və ya icarəyə veriləcəyindən ehtiyat edirlər. Onlar hətta etiraz aksiyası keçirmək üçün müraciət də ediblər.

Vəziyyətdən narahat olan bir qrup ziyalı prezident Nursultan Nazarbayevə açıq məktub ünvanlayıb. Müraciətdə deyilir ki, torpaq dövlətin əsası olduğundan onun vətəndaşlarından savayı başqa heç kimə satıla və ya icarəyə verilə bilməz.

TORPAĞI SATMAQ "XALQI SATMAQ"DIR

"Son vaxtlar əhali "torpağı satmaq” ifadəsini "xalqı satmaq” kimi qəbul edir. İnsanlar çox nigarandırlar, ona görə də təşkilatlanmağa başlayıblar. Bizdə olan məlumata görə, əyalətlərdə artıq 50 mindən artıq imza toplanıb. Əgər torpaq xaricilərə satılsa və ya icarəyə verilsə, xalq üsyana qalxacaq. Bizim vətəndaş borcumuz sizi xəbərdar etməkdir” deyə, ziyalılar müraciətdə yazır.

Azadlıq Radiosunun Qazaxıstan bürosunun müxbiri açıq məktubun altında imzası olanlardan bəziləri ilə söhbət edib..

Onlardan biri, ekoloq Mels Eleusizov deyir ki, məktuba hakimiyyətin necə reaksiya verdiyindən məlumatsızdır:

"Ancaq mən torpağın satılmasına qarşıyam. Xalqın torpağı satıla bilməz. Məktubda yazılanların hamısı doğrudur. Xalq hakimiyyətə yaxşı yanaşdığına görə hələlik səsini çıxarmır. Ümid edirik ki, məktub öz bəhrəsini verəcək".

"Nur əkə, ehtiyatlı ol! Bu inqilaba gətirib, çıxarar.

Məktubu imzalamış başqa bir ziyalı, politoloq Azimbay Qali deyir ki, kənd təsərrüfatı təyinatlı torpaqlar varlılar üçün alqı-satqı obyektinə çevrilməməli, xarici investorlara satılmamalıdır. Politoloqun fikrincə, bu cür torpaqlar yalnız orta fermerlərə satıla bilər.

-- Mən sosial şəbəkədə yazdım: "(Prezident Nursultan Nazarbayevi nəzərdə tutaraq – red.) Nur əkə, amandır, ehtiyatlı ol. Bu, inqilaba gətirib çıxarar”. İndi əhali çox emosionaldır. Hər şey ola bilər.” – deyir Azimbay Qali.

NAZİR XARİCİLƏRƏ SATILMAYACAQ DEYİR

Açıq məktubdan sonra kənd təsərrüfatı naziri Asıljan Mamıtbekov kənd təsərrüfatı torpaqlarının xaricilərə satılmayacağını, yalnız ölkə vətəndaşlarına və yerli hüquqi şəxslərə satılacağını söyləyib. Ancaq fəallar nazirin bu sözlərinə o qədər də bel bağlamırlar.

Kənd təsərrüfatı təyinatlı torpaqların özəl mülkiyyətə verilməsi məqsədilə 2016-cı il iyulun 1-dən yerli icra hakimiyyəti orqanları 1.7 milyon hektar ərazini hərraca çıxaracaqlar.

Qazaxıstanda torpaq məsələsi ilə bağlı sonuncu dəfə böyük etiraz aksiyası 2010-cu il yanvarın 30-da Almatıda keçirilib. O vaxt mitinqin keçirilməsinə səbəb hökumətin 200 hektar ərazini Çinə vermək niyyətində olduğu barədə söz-söhbətlər olmuşdu.

Azadliq.org

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol