• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ-da müsəlmanlar fəallaşır

ABŞ-da müsəlmanlar fəallaşır
23.06.2016 12:41
Trumpın müsəlmanlara qarşı yönəlmiş təklifləri Amerika müsəlmanlarını qəzəbləndirib

ABŞ-ın ən böyük müsəlman təşkilatlarından olan Amerika-İslam Münasibətləri Şurası (CAIR) bildirir ki, 2012-ci ildən bəri 300 000-dən çox müsəlman seçici qeydiyyatından keçib.

Qurum hesablamanı seçici siyahılarındakı müsəlman adlarını saymaqla həyata keçirib.

Təşkilat belə nəticəyə gəlib ki, hazırda ölkədə 824 000 qeydiyyatdan keçmiş müsəlman seçici var. CAIR bildirir ki, 2012-ci ildə bu rəqəm 500 000 olub.

Şura adlar siyahısını hazırlayarkən icma mütəxəssisləri ilə məsləhətləşib və körpələrə ad seçmək üçün istifadə olunan İnternet səhifələrindən istifadə edib. Bu adların arasında həm ərəb və türk mənşəli, həm də Cənubi Asiya və Mərkəzi Avropa üçün xarakterik olan adlar var.

"Pew" Tədqiqat Mərkəzinin 2011-ci ildə apardığı araşdırmanın nəticələrinə görə, ABŞ-da 2,75 milyon müsəlman yaşayır. Onların böyük əksəriyyəti - 63%-i mühacirlərdir. "Pew"nun digər bir hesablamasına görə, 2015-ci ildə ABŞ-da yaşayan müsəlmanların sayı 3,3 milyon olub.

Şuranın hökumət işləri üzrə direktoru Robert McCaw deyir ki, Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Trumpın müsəlmanlara qarşı yönəlmiş təklifləri Amerika müsəlmanlarını qəzəbləndirib.

Onun sözlərinə görə, bu onların özlərini Amerika vətəndaşı kimi təsdiq etmək istəyini artırıb. Bunu etməyinsə ən yaxşı yolu məhz seçici kimi qeydiyyatdan keçməkdir.

Şura iyun ayında "Müsəlmanlar səs verir" adlı tərəfsiz kampaniyaya başlayıb. Kampaniyanın məqsədi 2016-cı ilin seçki dövründə müsəlmanların iştirakını gücləndirməkdir. Kampaniya müsəlmanları seçki ilə bağlı könüllülük fəaliyyəti ilə məşğul olmağa, seçici kimi qeydiyyatdan keçməyə, namizəd forumlarına ev sahibliyi etməyə və başqa bu kimi işlər görməyə çağırır. McCaw deyir ki, CAIR müsəlmanların seçici fəallığını artırmaq üçün başqa qurumlarla əməkdaşlıq edir və seçkilərə qədər daha minlərlə müsəlmanın qeydiyyatdan keçməsinə ümid edir.

Şura liderlərinin sözlərinə görə, seçici kimi qeydiyyatdan keçmiş müsəlmanların sayı hətta bundan da çox ola bilər. Belə ki, İslama yeni gəlmiş insanların arasında öz adlarını saxlamış, ənənəvi müsəlman adları ilə tanınmayan insanlar da var. CAIR hesablama zamanı adlar siyahısına digər dini icmalar arasında da geniş yayılmış adları daxil etməyib. Bunların arasında Sarah, Adam və Omar kimi adlar var. (Azadliq.org)

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol