• $
  • €
  • ₽
  • ₺
  • £

Ərdoğan Putinlə görüşəcək

Ərdoğan Putinlə görüşəcək
16.07.2016 09:54
Türkiyəli nazir rusiyalı həmkarı ilə Qarabağı müzakirə edib

Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyip Ərdoğan və Vladimir Putin Çində keçiriləcək G-20 sammitindən əvvəl görüşəcəklər.

Bu barədə Türkiyənin Bakıda səfərdə olan xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib.

Nazirin sözlərinə görə, ötən gün Türkiyə nümayəndə heyəti Moskvada olub və rusiyalı tərəfdaşlarla Türkiyəyə çarter reyslərinin bərpası məsələsini müzakirə edib. Yaxın vaxtlarda müxtəlif nazirliklərin rəhbərləri səviyyəsində Türkiyə və Rusiya nümayəndələrinin görüşü planlaşdırılır.

M.Çavuşoğlunun sözlərinə görə, Rusiya-Türkiyə münasibətlərinin normallaşması regional əməkdaşlıq və Qarabağ münaqişəsinin nizamlanması məsələlərinə müsbət təsir göstərəcək.

O deyib ki, iyulun əvvəlində Soçidə "dostu Sergey Lavrov ilə Qarabağ nizamlanmasını” müzakirə edib.

Türkiyə XİN rəhbəri həmçinin mövcud Azərbaycan-Türkiyə-İran, Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Türkmənistan əməkdaşlığı formatı kimi Azərbaycan, Türkiyə və Rusiya arasında üçtərəfli əməkdaşlıq mexanizminin formalaşmasının mümkünlüyünü bildirib.

"Eyni zamanda Azərbaycan-Türkiyə-Qazaxıstan üçtərəfli mexanizminin yaradılması üzrə iş aparılır”, nazir deyib. (Azadliq.org)

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol