• $
  • €
  • ₽
  • ₺
  • £

İrəvanda yenidən baş vermiş toqquşmalar nəticəsində dörd polis əməkdaşı yaralanıb

İrəvanda yenidən baş vermiş toqquşmalar nəticəsində dörd polis əməkdaşı yaralanıb
19.07.2016 23:15
İrəvanda silahlı şəxslərin ələ keçirdiyi polis şöbəsinin qarşısında polis və mülki vətəndaşlar arasında təkrar baş vermiş  toqquşmalar nəticəsində dörd polis əməkdaşı yaralanıb.  
 
 APA-nın "İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə deputat,  "Erməni Milli Konqres” müxalifət fraksiyasının üzvü Nikol Paşinyan bildirib.
 
"Vətəndaşlar ara yollarla mühafizə olunan əraziyə keçməyə cəhd edərkən polis əməkdaşları ilə toqquşma baş verib. Nəticədə dörd polis xəsarət alıb, onlar xəstəxanaya aparılıblar. İlkin məlumata görə, yaralar odlu silahla yetirilməyib. Bu insanlar polisi daş-qalaq ediblər”, - deyə Nikol Paşinyan bildirib.  
 
İrəvan polisinin rəisi Aşot Karapetyan bildirib ki, insident nəticəsində saxlanılan yoxdur: "Polislər xəstəxanaya çatdırılıblar. Təhrikçilər vəziyyəti gərginləşdirməyə cəhd ediblər”.
 
Qeyd edək ki, iyulun 17-də bir qrup silahlı şəxs İrəvan ətrafındakı Erebuni rayonunda polis şöbəsinin binasını ələ keçirib. Onları polis tərəfindən saxlanılmış Qarabağ müharibəsi veteranı Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb ediblər. Hadisə zamanı bir polis ölüb, 3-ü yaralanıb.
 
Girov saxlanılan şəxslər arasında Ermənistan polisinin rəis müavini general-mayor Vardan  Yegiazaryan və İrəvan polisinin rəis müavini polkovnik Valeri Osipyan var. 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol