• $
  • €
  • ₽
  • ₺
  • £

Roma papası: “Dünya müharibədədir”

Roma papası: “Dünya müharibədədir”
28.07.2016 11:46

Roma papası Francis deyib ki, bu müharibə dinlər arasında deyil, əksinə "maraqlar, pul və resurslar” üstündədir
Roma papası Francis deyib ki, Avropa boyunca cihadçıların hücumları "dünyanın müharibədə olduğunu” göstərir.

Lakin o əlavə edib ki, bu müharibə dinlər arasında deyil, əksinə "maraqlar, pul və resurslar” üstündədir.

Roma papası bu bəyanatı Polşaya səfəri ərəfəsində, Fransada cihadçılar katolik keşişi qətlə yetirdikdən sonra səsləndirib.

Jacques Hamel ata Fransanın şimalındakı Sent-Etyen-du-Ruvrey kilsəsində səhər ibadəti zamanı öldürülüb.

Dünya sülhü uduzub

Ümumiyyətlə, isə ötən günlər və həftətlər ərzində Fransa və Almaniyada bir sıra zorakı hücumlar törədilib. Bunların əksəriyyətinin islamçılar tərəfindən həyata keçirildiyi düşünülür.

"Biz tez-tez müdafiəsizlik sözünü eşidirik, lakin əsl söz müharibədir – deyib müqəddəs ata, - Biz həqiqəti deməkdən qorxmamalıyıq. Dünya müharibədədir, çünki sülhü uduzub”.

"Mən müharibə deyəndə, din yox,maraqlar, pul, resurslar uğrunda müharibələri nəzərdə tuturam” – deyib Roma papası.

Bu bəyanatı səsləndirdikdən az sonra Roma papası katolik gənclərin festivalında iştirak etmək üçün Polşanın Krakov şəhərinə gəlib.

Bundan əvvəl Vatikan Polşa hökumətini miqrantlara sərt münasibətinə görə tənqid etmişdi. (Azadliq.org)

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol