• $
  • €
  • ₽
  • ₺
  • £

Gürcüstanda 150 azərbaycanlı xəstəxanalıq oldu

Gürcüstanda 150 azərbaycanlı xəstəxanalıq oldu
30.08.2016 15:06
Azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun Sadaxlı kəndində toyda iştirak edən 400 nəfərdən təxminən 150-si zəhərlənib.

ANN.Az APA-ya istinadən xəbər verir ki, Marneuliyə təcili olaraq Tiflis və yaxın rayonların xəstəxanalarından həkimlər cəlb olunub. Tibbi yardım üçün müraciət edənlərə müvafiq yardım göstərilir. Hazırda Marneuli xəstəxanasına 150-dək zəhərlənən xəstə yerləşdirilib. 

Gürcüstanın baş naziri Sadaxlıda zəhərlənən 150 azərbaycanlıya baş çəkib. O, zəhərlənmənin səbəbi ilə maraqlanıb. Baş nazirə məlumat verilib ki, toyda hazırlanan yeməklərdən nümunələr götürülüb və yaxın günlərdə səbəb müəyyənləşdiriləcək. 

"Biz insanları bu vəziyyətdən çıxaracağıq. Səhiyyə Nazirliyi bu işlə məşğul olur. Yerli klinikalarda səfərbərlik elan olunub. Mən xəstələri ziyarət etdim. Həkimlərin dediyinə görə, vəziyyət o qədər də təhlükəli deyil”, - deyə G.Kvirikaşvili jurnalistlərə açıqlamasında bildirib.

Hadisə yerinə Kvemo Kartli qubernatoru Paata Xizanaşvili və Marneuli bələdiyyəsinin sədri Nəbi Abdullayev gəliblər. 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
Dünya 18:02
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
SEPAH: Qeşm adası üzərində ABŞ-yə məxsus PUA vurulub
Dünya 17:47
SEPAH: Qeşm adası üzərində ABŞ-yə məxsus PUA vurulub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol