• $
  • €
  • ₽
  • ₺
  • £

Tacikistan yeni tədris modelinə keçir

Tacikistan yeni tədris modelinə keçir
30.08.2016 23:01

Ciddi qayda ilə oturmuş şagirdlər və ya lövhənin qarşısında duran klassik pedaqoq modeli tarixə qarışır. Ölkədə yeni tədris üsulunun daha demokratik və innovativ olacağına inanılır. Yeni model şagirdlərə dərs müddətində sinif otağında hərəkət etməyə və qruplar şəklində müzakirə aparmağa icazə verəcək.

2016-cı ilin yeni tədris ilindən Tacikistanda ibtidai məktəb müəllimləri yeni tədris modelinə keçir. Tacikistanın Elm və Təhsil nazirinin müavini Latofat Naziri avqustun 30-da Azadlıq Radiosuna verdiyi açıqlamasında müəllimlərin yay tətili müddətində hazırlıq kursları keçdiyini və yeni innovativ üsulun tədrisi üçün tam hazır olduqlarını bildirib. Nazirinin sözlərinə görə, sözügedən üsul "Kompitent təhsil" adlanır və amerikalı psixoloq və pedaqoq Benjamin Blum tərəfindən hazırlanıb.

Tacikistanın Soqdi vilayətində ibtidai təhsil müəllimi işləyən Mastura Camalova yay tətilində yeni modelə hazırlıq keçənlərdəndir. Onun sözlərinə görə, yeni üsula görə, şagirdlər dərsin mövzusu ətrafında öz mülahizələrini, ideya və fikirlərini irəli sürəcək. Müəllimlər isə bu üsulla şagirdlərdə tənqidi düşüncə bacarıqlarını inkişaf etdirə və şagirdin bilik və bacarıqlarını aktiv və əyləncəli üsulla ölçə biləcək.

Əsas fərqlər

Kreativ tədris modelinə keçidin əsas təşəbbüskarlarından biri olan Azim Bayzoyev Azadlıq Radiosuna müsahibəsində yeni tədris modelinin tətbiqindən sonra əlaçı və zəif oxuyan şagirdlərin olmayacağını qeyd edib. "Əlbəttə, hər bir sinifdə zəif oxuyan və əlaçı şagirdlər var. Bu üsulda isə bu cür fərqlər olmayacaq".

Bayzoyevin sözlərinə görə, yeni üsul şagirdə hazır bilik deyil, problemin özünü təqdim edir. Şagird isə öz təcrübə və bacarıqlarından istifadə edərək həlli tapmalıdır.

Tacikistanın Elm və Təhsil Nazirliyi sözügedən yeni tədris üsulunu ölkənin 55 məktəbində pilot layihə kimi tətbiq edib. Layihənin özünü doğrultduğu üçün bütün ölkə üzrə tətbiq olunması planlaşdırılıb. Nazirlik sonrakı illərdə bu modeli yuxarı sinif məktəblərində də tətbiq etməyi planlaşdırır.

Azərbaycanda ibtidai təhsil milli kurikuluma əsasən həyata keçirilir. Ölkədə təhsil haqqında yeni qanun və layihələrdə xarici ölkələrin təcrübələri nəzərə alınsa da, hazırda ölkənin bütün dövlət məktəblərində tədris ənənəvi Sovet üsulu ilə həyata keçirilir. Azərbaycanın Təhsil naziri Mikayıl Cabbarov müsahibələrində yaxın illərdə tədris modellərinin inkişaf etdirilməsi planının nəzərdə tutulduğunu deyir. (Azadliq.org)

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
Dünya 18:02
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
SEPAH: Qeşm adası üzərində ABŞ-yə məxsus PUA vurulub
Dünya 17:47
SEPAH: Qeşm adası üzərində ABŞ-yə məxsus PUA vurulub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol