Ermənilər lahmacunu da oğurladılar

Ermənilər Türkiyə mətbəxinin daha bir yeməyini mənimsəməyə çalışır. Paxlava, türk qəhvəsi, dolma, keşkek və bir sıra başqa yeməklərdən sonra bu dəfə növbə lahmacuna çatıb.
ANN.Az azvision.az-a istinadən bildirir ki, Rusiyanın paytaxtı Moskvada açılan yeni erməni restoranı menyusu ilə diqqət çəkir. Restoranda türklərə məxsus lahmacun "Lamadjo" adı ilə ermənilərə məxsus "fast-food" kimi təqdim edilir.
"Lamadjo"nu lahmacundan fərqləndirən təkcə adıdır. Dad və görünüş tamamilə eynidir.
Restoran işçiləri müştəriləri aldadaraq "Lamadjo"nun Ermənistan mətbəxinin populyar yeməklərindən biri olduğunu deyirlər.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















