• $
  • €
  • ₽
  • ₺
  • £

Parlamentin spikeri baş hakimi döydü

Parlamentin spikeri baş hakimi döydü
07.10.2016 19:22

Çeçenistan parlamentinin spikeri Məhəmməd Daudov respublikanın Ali Məhkəməsinin sədrinin səlahiyyətlərini icra edən Tahir Murdalovu döyüb. 

Oxu.Az xəbər verir ki, bu barədə Qroznıdakı mənbəyə istinadən "Qafqaz.Reallıqlar” məlumat yayıb. 

Nəşrin məlumatına görə, Daudov 10 maşından ibarət karvanla məhkəmə binasının yanına gəlib, 40-a yaxın adam məhkəmə binasını mühasirəyə alıb və Daudov Murdalovun kabinetinə girib. 

"Spiker Ali Məhkəmənin sədrinin səlahiyyətlərini icra edən Tahir Murdalovu döyməyə başladı və ondan səhhəti ilə əlaqədar işdən çıxmaq haqqında ərizə yazmasını tələb etdi. Murdalov bu təklifə razı olmadı. Daudov ilə birgə onu bir neçə mühafizəçi də döyməyə başlayıb. Bununla yanaşı, Daudov Murdalovu öldürməklə də hədələdi”. 

"Öldürmək – kişilik deyil, bundan artığını bacarmazsan, mənim itirəsi heç nəyim yoxdur”, - hədəyə verilən cavab bu oldu. 

Nəticədə Daudov məhkəmə binasını tərk edti, mühasirə aradan qaldırıldı”, - "Azadlıq Radiosu”nun Qafqaz layihəsinin məlumatında deyilir. 

Mənbənin məlumatına görə, Qroznıda heç bir həkim Murdalovun vəziyyəti barədə tibbi müayinə arayışını verməyə razılaşmayıb, daha sonra hakim Çeçenistan üzrə FTX idarəsinin zabitinə müraciət edib.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol